16:53 / 26-11-2026
3 yaşlı qıza hücum edən itin sahibi saxlanılıb
16:50 / 26-11-2026
Sərnişin avtobusu aşdı; xəsarət alan olmayıb
16:47 / 26-11-2026
Makron AB sammitində Sançezi əvəz edəcək və İspaniyanı təmsil edəcək
16:43 / 26-11-2026
FİFA kiberhücumların hədəfinə çevrilib
16:38 / 26-11-2026
Media: Ukrayna Silahlı Qüvvələrinin təyyarəsi Lvovdakı qapalı aerodromdan Varşavaya gəlib
16:26 / 26-11-2026
Sərxoş qadın başqasının avtomobilini oğurlayıb zədələyib
16:22 / 26-11-2026
Varşavada prezident sarayının yaxınlığındakı meydanda bir ukraynalı intihara cəhd etdi
16:12 / 26-11-2026
ABŞ Ukraynaya 621,9 milyon dollar dəyərində "F-16" texniki xidmətinin satışını təsdiqləyib
16:02 / 26-11-2026
Azarkeş Çempionlar Liqası matçında vəfat etdi
13:55 / 26-11-2026
CD və DVD texnologiyasının qabaqcılı olan fizik Ceyms T.Rassel vəfat etdi
13:52 / 26-11-2026
Saxta kommunal xidmət işçiləri dəstəsi saxlanılıb
13:47 / 26-11-2026
Paşinyan konstitusiya qəbul etmək üçün erkən parlament seçkilərini istisna etməyib
13:44 / 26-11-2026
Narkotik işi üzrə saxlanılan "Möhtəşəm əsr" aktrisaları azadlığa buraxıldı
13:39 / 26-11-2026
Paşinyan: "Ermənistanın Rusiyaya zərər vermək istəyi yoxdur və istəməyəcək"
23:11 / 25-11-2026
Afrikadan olan tələbə avtomobilində 10 kq marixuana ilə saxlanılıb
23:08 / 25-11-2026
Gürcüstan hakimiyyəti Rusiyanın Abxaziya və Cənubi Osetiyaya qarşı siyasətini təhlükə hesab edir
20:04 / 25-11-2026
ABŞ İsrailin plutonium və nüvə arsenalı haqqında məlumatları açıqlayıb
20:01 / 25-11-2026
Uşakov Rusiyanın Zelenski ilə danışıqlar aparmadığını bildirdi
19:58 / 25-11-2026
Artamonov: "Ukraynada 800 nəfərlik Fransa xüsusi təyinatlı qüvvələri alayı fəaliyyət göstərir"
19:54 / 25-11-2026
Soçidə ilk istixana banan məhsulu yığılıb
19:51 / 25-11-2026
Gecə barının yaxınlığında baş verən münaqişədən sonra əsgər reanimasiyaya yerləşdirilib
19:18 / 25-11-2026
Britaniya dron təhlükəsi səbəbindən hərbi təyyarələri anqarlara köçürür
19:13 / 25-11-2026
Dron hücumunda hamilə qadın yaralanıb və uşağı ölüb
19:10 / 25-11-2026
Sərxoş bir kişi narkomaniya mərkəzinin pəncərəsindən qaçıb
19:07 / 25-11-2026
Polis bir qadının vəhşicəsinə döyülməsinin səbəblərini araşdırır
19:05 / 25-11-2026
Tikinti şirkətinin sahibi bıçaqlanıb
18:59 / 25-11-2026
İslam Rzayevin bu əmlakları üzərinə - Həbs qoyuldu
18:54 / 25-11-2026
Elmira Şabanova vəfat etdi
15:57 / 25-11-2026
Bruney sultanı: "Putinin gələcək səfəri baş verərsə, bizim üçün vacibdir"
15:51 / 25-11-2026
Latviya Estoniyanın Rusiya ilə sərhədini bağlamasını səhv adlandırır
15:47 / 25-11-2026
Sərbəst güləş üzrə əməkdar məşqçi 96 yaşında vəfat edib
15:39 / 25-11-2026
Televiziya aparıcısı Lazareva Lissabona uçuş zamanı qarət edilib
15:34 / 25-11-2026
Sərnişin daşıyan tramvaya atəş açmaqda ittiham olunan şəxs həbs edilib
15:29 / 25-11-2026
Analitik Malinen: "Ruttenin danışdığı müharibə artıq dayandırıla bilməz"
12:14 / 25-11-2026
Zaxarova Avropa Komissiyasını Rusiyaya qarşı sanksiyalardan dəyən ziyanı hesablamağa çağırdı
12:08 / 25-11-2026
Bir evin dağıntılarını təmizləyərkən cəsəd tapılıb
12:05 / 25-11-2026
Hörmüz boğazında minalara dəydikdən sonra iki tanker alovlanıb
Prezident İlham Əliyev: Gələcək illərdə aparılan dərin islahatlar sayəsində ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək
Tarix: 24-05-2019 16:55 | Bölmə: Manşet
Azərbaycanın uğurlu, dayanıqlı inkişafı bundan sonra da təmin olunacaq.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin açdığı iftar mərasimindəki çıxışında deyib.
Dövlət başçısı deyib: "Hər il olduğu kimi, mübarək Ramazan ayında Şeyx həzrətlərinin iftar süfrəsində görüşürük. Bu, gözəl ənənədir. Bu ənənə yaşayır və yaşayacaq. Bu, dövlət-din münasibətlərinin bariz nümunəsidir. Dövlət-din münasibətləri hər bir ölkə üçün xüsusi əhəmiyyətə malikdir və Azərbaycanda bu münasibətlər nümunəvi xarakter daşıyır.
Bu münasibətlərin təməlində ulu öndər Heydər Əliyev və Şeyx həzrətləri dayanırlar. Onların şəxsi dostluğu, bir-birilərinə olan hörməti dövlət-din münasibətlərinin inkişafına çox böyük təsir göstərmişdir. Mən onun şahidiyəm ki, Şeyx həzrətləri və ulu öndər Heydər Əliyev bir-birinə çox yaxın insanlar olmuşlar və onların xalq, Vətən qarşısında gördükləri işlər bugünkü Azərbaycanın uğurlu inkişafına şərait yaratmışdır.
1993-cü ilə qədər dövlət-din münasibətlərində müəyyən boşluqlar var idi. 1993-cü ildən sonra bu sahədə də bütün istiqamətlər üzrə işlər ən yüksək səviyyədə tənzimlənir. Mayın 10-da, Ulu Öndərin anadan olmasının 96-cı ildönümü günündə onun xalq, dövlət qarşısında gördüyü işlər haqqında danışdıq. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləri var. Bugünkü müstəqil Azərbaycan onun əsəridir. Dövlətçiliyin əsaslarının qurulması, Azərbaycanın strateji inkişaf istiqamətlərinin müəyyən edilməsi məhz Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində mümkün olmuşdur.
Hörmətli Şeyx həzrətləri xalq və dövlət qarşısında böyük xidmətlər göstərir. Şeyx həzrətləri həm Azərbaycanda, həm Qafqazda, həm də dünyada böyük nüfuza malik görkəmli din xadimidir və Azərbaycanı dünyada öz dəyərlərinə sadiq, eyni zamanda, müasir, tolerant ölkə kimi təqdim edir. Onun çoxşaxəli beynəlxalq fəaliyyəti Azərbaycanı dünyaya tanıtdırır, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə təqdim edir və Şeyx həzrətlərinin uğurlu fəaliyyəti ölkəmizi gücləndirir".
Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi var: "Konstitusiyaya görə din dövlətdən ayrı olsa da, əslində din və dövlət bir-birinin yanındadır. Bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycanın uğurlu inkişafı dövlət-din münasibətlərinin uğurlu inkişafından böyük dərəcədə asılıdır.
Dünyada vəziyyət gərginləşir. Həm bölgəmizdə, həm dünyada yeni toqquşmalar, yeni münaqişə ocaqları yaranır, yeni risklər, təhdidlər meydana çıxır. Dünyanın gələcəyi ilə bağlı, sabitliyin gələcəyi ilə bağlı müxtəlif fikirlər, fərziyyələr irəli sürülür. Bizim əsas vəzifəmiz Azərbaycanda sabitliyi qorumaq, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq və ölkəmizi mümkün olan risklərdən qorumaqdan ibarətdir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb. Azərbaycan inkişaf yolu ilə gedir. İnkişaf dinamikamız çox müsbətdir. Əminəm ki, gələcək illərdə aparılan dərin islahatlar sayəsində ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcəkdir.
Biz dərin milli-mənəvi təməl üzərində müasir dövlət qurmuşuq. İslam dəyərləri milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir. Biz öz dinimizə bağlıyıq. Biz dünyada İslam mədəniyyətini təbliğ edirik. Dünyada çoxsaylı konfranslar, sərgilər, təqdimatlar keçirilir, Azərbaycan həqiqətləri, İslam mədəniyyətinin həqiqətləri dünya ictimaiyyətinə təqdim edilir. Biz İslamı olduğu kimi, sülh, mərhəmət dini kimi dünyaya təqdim edirik və bu fəaliyyəti bundan sonra da davam etdirəcəyik.
Müsəlman ölkələri ilə bizim ənənəvi dostluq-qardaşlıq əlaqələrimiz vardır. Bu, xarici siyasətimizdə prioritet istiqamətlərdən biridir. Azərbaycan bütün müsəlman ölkələri ilə sıx əlaqələr qura bilmişdir və beynəlxalq müstəvidə biz daim bir-birimizi dəstəkləyirik. Eyni zamanda, ikitərəfli formatda çox fəal əməkdaşlıq edirik. Bir neçə gün bundan əvvəl müsəlman ölkələrinin səfirləri ilə görüş əsnasında bu məsələlərlə bağlı fikir mübadiləsi apardıq.
Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür və bu təşkilat çərçivəsində İslam həmrəyliyinin möhkəmlənməsinə öz dəyərli töhfəsini verir. Ölkəmizdə İslam Əməkdaşlıq Təşkilatının xətti ilə bir çox tədbirlər keçirilir. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dəyərlərinin qorunması işində apardığımız siyasətə çox yüksək qiymət verir. Biz bundan sonra da təşkilat çərçivəsində İslam həmrəyliyinin möhkəmlənməsi işində öz səylərimizi davam etdirəcəyik. Onu da bildirməliyəm ki, 2016-cı ildə İslam Əməkdaşlıq Təşkilatı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə kontakt qrupu yaratmışdır və təşkilat bu münaqişə ilə bağlı bizim haqq işimizi daim dəstəkləyir".
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan dövlət başçısı vurğulayıb ki, münaqişənin həllinin bir yolu var - Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyü bərpa edilməlidir: "Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Biz bu həqiqətləri dünyaya çatdırırıq. Əfsuslar olsun ki, münaqişə başlanan zaman münaqişə ilə bağlı dünyada kifayət qədər məlumat yox idi. 1990-cı illərin əvvəllərində torpaqlarımız işğal altına düşmüşdür. Ölkəmizdə o vaxt yaşanan böhran, hərc-mərclik, xaos Ermənistana imkan verdi ki, bizim tarixi torpaqlarımızı zəbt etsin. O vaxt biz beynəlxalq təcriddə idik, öz səsimizi dünya ictimaiyyətinə çatdıra bilmirdik. Beləliklə, dünyada münaqişə ilə bağlı böyük dərəcədə təhrif edilmiş rəy formalaşdırılmışdı. Bizim müntəzəm səylərimiz nəticəsində artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarixi torpağımızdır. Münaqişəyə dair çoxsaylı kitabların çap edilməsi, təqdimatların, konfransların keçirilməsi dünya ictimaiyyətinə münaqişə ilə bağlı həqiqətləri çatdırır.
Hər kəs görür ki, münaqişə ilə bağlı ikili standartlar mövcuddur. Necə ola bilər, dünyanın ali orqanı olan BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edir, bu qətnamələrdə açıq-aydın deyilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır və bu qətnamələr icra olunmur. Ona görə hesab edirəm ki, dünyada mövcud olan ikili standartlar ən böyük problemlərdən biridir. Münaqişənin həlli üçün biz səylərimizi davam etdirəcəyik. Biz iqtisadi gücümüzü artırırıq, siyasi çəkimiz artır, hərbi baxımdan Azərbaycan bu gün güclü ölkələr sırasındadır. Döyüş meydanında üstünlüyümüzü təmin etmişik. Vaxtilə işğal altına düşmüş torpaqların bir hissəsini azad etmişik. O torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. İşğaldan azad edilmiş torpaqlarda Şuşa məscidinin bənzəri olan məscid tikilmişdir, qəsəbə salınmışdır, oraya həyat qayıtmışdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bu gün dirçələn və inkişaf edən Cocuq Mərcanlı kəndi Azərbaycan xalqının əyilməz ruhunu təcəssüm etdirir. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Bir daha demək istəyirəm ki, bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır".
Daha sonra Prezident İlham Əliyev bildirib: "Biz tarixi, dini abidələrimizi qoruyuruq və burada da dövlət və din bir yerdədir. Son illərdə yüzlərlə məscid tikilmiş və ya təmir edilmişdir. Onların arasında tarixi məscidlərimiz xüsusi yer tutur. Şeyx həzrətləri qeyd etdi, Təzəpir məscidinin ətrafında salınan möhtəşəm park həm şəhərə yeni nəfəs verəcək, yəni, 20 hektar ərazində salınan yaşıllıqlar bu zonada iqlimin yaxşılaşmasına xidmət göstərəcək, insanların rahatlığı üçün imkanlar yaradacaq, eyni zamanda, Təzəpir məscidinin əzəmətli görkəmi artıq bütün vətəndaşlara açıq olacaq. Çünki vaxtilə Təzəpir məscidinin ətrafında tikilmiş binalar imkan vermirdi ki, biz onu uzaq məsafədən seyr edək. Digər məscidlərimizin əsaslı şəkildə bərpası bizim niyyətimizi, siyasətimizi göstərir. Bibiheybət, Əjdərbəy, Şamaxı Cümə məscidlərinin, “İmamzadə” tarixi-dini kompleksinin əsaslı şəkildə təmir edilməsi dövlət-din münasibətlərinin təzahürüdür. Heydər məscidinin tikintisi tarixi hadisədir.
Bildiyiniz kimi, keçən il prezident seçkilərindən sonra iştirak etdiyim birinci tədbir Hacı Cavad məscidinin yeni binasının açılışı olmuşdur. Bu da təsadüfi deyil. Mən seçkilərdən sonra istənilən yerə gedə bilərdim. Məhz Hacı Cavad məscidinin yeni binasının açılışını birinci növbədə qeyd etməyimiz dövlət-din münasibətlərimizə, İslam dininə göstərdiyimiz hörmətdir.
Ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədə tənzimlənir. Bu, artıq reallıqdır. Bütün dünya bu reallıqları bilir və qəbul edir. Bu gün Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparılması üçün bir mərkəzə çevrilib. Təsadüfi deyil ki, çoxsaylı beynəlxalq tədbirlər məhz bizim təşəbbüsümüzlə ölkəmizdə keçirilir. Əgər biz bu təşəbbüsü göstərməsəydik, bu tədbirlər də keçirilməzdi.
Hörmətli Şeyx həzrətlərinin dediyi kimi, bu il Dünya Dini Liderlərinin II Zirvə Görüşü keçiriləcəkdir. Bu məsələ ilə bağlı qərar qəbul edildi. Şeyx həzrətlərinin yubileyi və fəaliyyətinin 40 illiyi dövlət səviyyəsində təntənəli şəkildə qeyd ediləcəkdir. Əminəm ki, Azərbaycan müasir, öz dini, milli köklərinə bağlı olan ölkə, eyni zamanda, tolerant və multikultural dəyərləri təbliğ edən dövlət kimi öz reallıqlarını dünyaya bir daha təqdim edəcək.
Azərbaycanda keçirilən çoxsaylı beynəlxalq tədbirlər həm ölkəmiz, həm daxildə gedən proseslər, həm də dünya üçün böyük məna daşıyır. Çünki Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Bu, bizim böyük sərvətimizdir. Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri mehribanlıq, əmin-amanlıq şəraitində yaşayır. Biz bir ailə kimi yaşayırıq və bizim gücümüz birliyimizdədir. Bu tədbirlərin dünya üçün də böyük əhəmiyyəti var. Çünki bu gün dünyada dinlərarası münasibətlərlə bağlı fərqli fikirlər var, yəni, birmənalı yanaşma yoxdur. Bəzi hallarda çox təhlükəli fikirlər səslənir, çox böyük fəsadlara gətirib çıxara biləcək addımlar atılır. Ona görə bizim təşəbbüslərimiz dünya üçün böyük əhəmiyyət daşıyır. Sonuncu böyük tədbir Mədəniyyətlərarası Dialoq Forumu idi. Bu Forum çərçivəsində çox önəmli məsələlər müzakirə edilmişdir və Azərbaycanın bu sahədəki müsbət rolu bir daha qeyd olunmuşdur. Biz bu sahədə öz səylərimizi davam etdirəcəyik. Bir daha demək istəyirəm ki, bu, bizim üçün lazımdır və bu, dünya üçün lazımdır. Çünki biz istəyirik ki, dünyada proseslər müsbət məcrada getsin, dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmasın, sülh olsun, bərabərlik olsun, ədalət olsun. Müqəddəs İslam dinimiz bunu tələb edir və biz dövlət olaraq bu istiqamətdə öz səylərimizi davam etdirəcəyik. Ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin olunacaq, ölkə qarşısında duran vəzifələr icra edilir və ediləcəkdir, mövcud problemlərin həlli üçün çox aydın baxışlar, konkret proqramlar var və onlar icra edilir. Bu gün Azərbaycan reallıqları belədir ki, ölkəmiz inamla, nikbinliklə irəliyə gedir, nikbinliklə yaşayır. Ölkə qarşısında duran bütün problemlərin həlli üçün bizdə həm güclü siyasi iradə, həm də cəmiyyət tərəfindən böyük dəstək var".
Baxış sayı: 411
Bölməyə aid digər xəbərlər

23-11-2026, 20:08
Rusiya Xarici İşlər Nazirliyi: Estoniya gizli şəkildə Ukrayna dronlarının Rusiyaya qarşı hücumlar etməsinə icazə verir
23-11-2026, 19:15
Le Pen: "Ukraynanın gələcəyi AB-yə qoşulmağı əhatə etmir"
23-11-2026, 19:04
Vuçiç ölüm təhdidləri aldığını açıqladı
23-11-2026, 15:45
"Gendai Business":Yaponiya Baş naziri içkili olduğuna görə G7 Zirvə Toplantısını buraxa bilər
22-11-2026, 20:21
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
22-11-2026, 20:16
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
22-11-2026, 19:26
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19-11-2026, 17:45
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
19-11-2026, 08:56
Tramp bildirib ki, ABŞ Asiya-Sakit Okean regionunda sülhü təşviq etmək niyyətindədir
18-11-2026, 16:09
Peskov Avropanın Ukraynadakı münaqişənin həllinə kömək etmək qabiliyyətinə şübhə ilə yanaşıb
18-11-2026, 15:51
Uşakov qeyd edib ki, Putin və Tramp Şençjendə keçiriləcək görüşdə Ukraynanı müzakirə edəcəklər
18-11-2026, 11:06
Dövlət Duması İnterpolu Kallasın ofisinə qandallarla gəlməyə çağırdı
17-11-2026, 19:11
Lavrov və Laos xarici işlər naziri görüşdə zarafatlaşdılar
17-11-2026, 14:42
Peskov Kiyevdəki terror hücumlarının Putin, Tramp və Si Cinpin arasında keçirilən görüşlə əlaqəli olduğunu istisna etməyib
12-11-2026, 18:36
Vitkoff Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda Avropa siyasətçilərinin rolundan danışdı
12-11-2026, 18:29
Vitkoff bildirib ki, Əbu-Dabidə əlaqələr müsbət atmosferdə keçib
12-11-2026, 18:15
Kuşner: "ABŞ Avropanın danışıqlara getmək istəyini görür"
12-11-2026, 18:02
Vitkoff Əbu-Dabidəki işinə görə Medinskiyə təşəkkür etdi
11-11-2026, 21:32
Peskov: "Putinin G20 sammitində iştirakı ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib"
11-11-2026, 20:03
Peskov Ukraynanın Zelenskisiz müzakirə olunacağı iddialarını təkzib etdi
11-11-2026, 19:35
General Zorin: "Rusiya və Ukrayna arasında əsir mübadiləsi növbəti 2-3 həftə ərzində baş tuta bilər"
10-11-2026, 20:52
Zelenski Əbu-Dabidəki danışıqları şərh etdi
9-11-2026, 18:25
Lavrov: "Əbu-Dabidəki danışıqlar münaqişənin həlli üçün prinsiplərin razılaşdırılmasına həsr olunub"
5-11-2026, 21:38
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
5-11-2026, 18:18
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
4-11-2026, 21:23
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
4-11-2026, 21:15
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
4-11-2026, 21:01
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
3-11-2026, 15:39
Lavrov ABŞ-ın İrana nüvə zərbəsi endirməsi ehtimalını şərh etdi
3-11-2026, 14:15
Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Avropada silahlanma yarışına qarışmaq niyyətində deyil
3-11-2026, 14:12
Medinski Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək
1-11-2026, 17:51
Zaxarova Kallasın Putinin G20 sammitində iştirakı ilə bağlı dediklərinə cavab verdi
1-11-2026, 11:01
Peskov: "Rusiya İran və ABŞ arasındakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır"
28-10-2026, 20:23
Zelenski ABŞ-a dizel yanacağı daşıyan Rusiya gəmilərinə hücum etməyəcəyinə söz verdi
28-10-2026, 16:09
Zelenski Ukraynanın ayda nə qədər "Patriot" raketi aldığını açıqladı
27-10-2026, 23:32
Putin İran Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
27-10-2026, 09:13
Ombudsman İvanovskaya: "Ukrayna tibb müəssisələri rusdilli xəstələri müalicə etməkdən imtina edir"