18:54 / 25-11-2026
Elmira Şabanova vəfat etdi
Bütün xəbərlər
FİFA kiberhücumların hədəfinə çevrilib
Tarix: 26-11-2026 16:43 | Bölmə: Karusel


Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) kiber cinayətkarların qurbanına çevrilib. 
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Sky Sports" jurnalisti Rob Harris bu barədə özünün X sosial media səhifəsində məlumat verib.
Mənbənin məlumatına görə, hücum nəticəsində məhdud sayda şəxsi və işgüzar məlumata çıxış əldə edilib.
Harris bildirib ki, hakerlər uğursuz FIFA Forward Enterprise (FFE) layihəsi ilə bağlı məlumatlara daxil ola bilməyiblər, lakin təşkilatın sistemlərindən şəxsi məlumatlar əldə ediblər.
Hücum FİFA daxilində Forward Enterprise layihəsi ilə bağlı siyasi böhran fonunda baş verdi: 2026-cı ilin yayında FİFA prezidenti Canni İnfantino Dünya Kubokunun kommersiya hüquqlarındakı payını investorlara satmaq istədi, lakin UEFA və konfederasiyaların tənqidi səbəbindən layihə ləğv edildi.
FİFA prezident seçkiləri 2027-ci ilin mart ayında keçiriləcək. İnfantino daha bir müddətə namizədliyini irəli sürür.



Baxış sayı: 22


Bölməyə aid digər xəbərlər