Bütün xəbərlər
Leyla Əliyevadan təbrik: Hər kəsi sevmək...
Tarix: 06-05-2019 13:04 | Bölmə: Manşet

               



Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ramazan ayının başlanması münasibətilə dünya müsəlmanlarını təbrik edib.
Kult.az xəbər verir ki, İnstaqram hesabında təbrik mesajı yazan L.Əliyeva hər kəsə xeyirxah işlər görməyi arzulayıb:
“Bütün müsəlman aləmini müqəddəs Ramazan ayının başlanması münasibəti ilə təbrik edirəm! Allah hamıya cansağlığı, əminamanlıq və rifah qismət etsin!
Allah hamıya daha çox xeyirxah işlər görmək, hər kəsə hörmətlə yanaşmaq və hər kəsi sevmək, ətrafdakılara nur və xoşbəxtlik bəxş etmək üçün güc versin! Bütün azərbaycanlılara mehribanlıqlarına, açıq ürəklərinə və səmimiliklərinə görə minnətdaram”.



Baxış sayı: 361


Bölməyə aid digər xəbərlər