Bütün xəbərlər
Mətbuat Şurası Milli Məclisə onlayn media ilə bağlı təkliflər layihəsi təqdim edəcək
Tarix: 03-05-2019 11:12 | Bölmə: Manşet



Azərbaycan Mətbuat Şurası Milli Məclisə onlayn media ilə bağlı təkliflər layihəsi təqdim edəcək.
Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
O, hazırda həmin təkliflərin hazırlandığını söyləyib: "Təkliflər paketində onlayn media ilə bağlı bir sıra zəruri məsələlər öz həllini tapacaq. Bildiyimiz kimi, onlayn media jurnalistikanın tərkib hissəsidir. Həmin təkliflərə əsasən, KİV-ə şamil olunan prinsiplər onlayn mediaya da aid ediləcək. Həmçinin həmin təkliflərdə onlayn medianın spesifik xüsusiyyətləri öz əksini tapacaq”.



Baxış sayı: 319


Bölməyə aid digər xəbərlər