21:58 / 13-04-2026
Medvedev ABŞ-ın hərəkətləri haqqında: "Oruellin caniləri yenilənmiş güclə dirçəlir"
21:44 / 13-04-2026
Bir kişi çayda 10 elektrik skuterini batırıb və hadisə videoya çəkilib
21:38 / 13-04-2026
Florida məhkəməsi Trampın Merdok və "Wall Street Journal"a qarşı 10 milyard dollarlıq iddiasını rədd etdi
21:33 / 13-04-2026
Hüquq müdafiəçisi Şesler: "Ukraynalı məhbuslar səngərdənsə kamera seçməyə üstünlük verərlər"
21:29 / 13-04-2026
Meloni: "Trampın Papa haqqındakı şərhlərini qəbuledilməz hesab edirəm"
21:24 / 13-04-2026
Moskva sakinini mənzilin üçdə birindən zorla çıxaran kişilərə hökm oxunub
20:13 / 13-04-2026
İstintaq Komitəsi hakimə qarşı iş qaldırmaq niyyətindədi
20:10 / 13-04-2026
Madyar Ukraynadakı münaqişə bitdikdən sonra Rusiyaya qarşı AB sanksiyalarının ləğvinə ümid edir
20:05 / 13-04-2026
Lavrov: "Rusiya yeni Macarıstan hökuməti ilə münasibətlər qurmağa hazırdır"
20:00 / 13-04-2026
İran Prezidenti Məsud Pezeşkian Trampın tənqidləri fonunda Papa Leo XIV-ü müdafiə etdi
19:57 / 13-04-2026
50 kənd sakininin zəhərlənməsi ilə bağlı şirkət direktoru saxlanılıb
19:53 / 13-04-2026
Kreml Putinin Madyarla görüşmək üçün hazırda heç bir planının olmadığını açıqladı
19:47 / 13-04-2026
Baş verən yanğından 18 nəfər xilas edilib
19:45 / 13-04-2026
Madyar Putinlə enerji sazişlərini müzakirə etmək istəyir
19:40 / 13-04-2026
ABŞ Hörmüz boğazını blokadaya aldı
19:37 / 13-04-2026
Mazepin Ukrayna milli komandasının Rusiya ilə turnirdən çıxmasını gözlənilən adlandırdı
19:33 / 13-04-2026
İran hücumlarından sonra zədələnmiş Amerika "KC-135" təyyarəsi Böyük Britaniyaya çatıb
19:29 / 13-04-2026
Bir həftə əvvəl itkin düşən yeniyetmə qız tapılıb
19:26 / 13-04-2026
"Yumor kralı" Qeorqe Urski Moldovada vəfat etdi
19:14 / 13-04-2026
Tramp Hörmüz boğazı blokadası yaxınlığında istənilən İran gəmisini məhv etməklə hədələdi
18:51 / 13-04-2026
Talıbov da qayda pozurmuş... - Video
18:31 / 13-04-2026
Prezidentin yeni Mətbuat katibi kimdir?
22:02 / 12-04-2026
Macarıstanda seçki məntəqələri bağlanıb
21:59 / 12-04-2026
Fişəng partlaması nəticəsində xəsarət alan uşaq Roşal Mərkəzinə köçürüləcək
21:55 / 12-04-2026
İslamabadda danışıqların uğursuzluğu Trampı çıxılmaz vəziyyətə salıb
21:51 / 12-04-2026
İsveçlilər "Hui Yuan" adlı toplu gəmini sərbəst buraxıblar
21:46 / 12-04-2026
İnsan Hüquqları Şurası 17 yaşlı rus qadının Meksikadan evə qaytarılması üçün bir yol təklif etdi
21:43 / 12-04-2026
Tramp İranla münaqişədə yeni hədəflərin adlarını açıqladı
21:39 / 12-04-2026
İran dünyaya dialoqa hazır olduğunu nümayiş etdirmək üçün ABŞ ilə danışıqlara razılıq verdi
21:34 / 12-04-2026
Ekspert Knutov İranın Hörmüz boğazının blokadasına necə cavab verəcəyini izah etdi
21:28 / 12-04-2026
"Spartak" və "Rostov" heç-heçə etdilər
21:25 / 12-04-2026
"Dinamo" ilə oyundan sonra yeddi dəfə söyüş söydü
21:21 / 12-04-2026
Əgər qalib gəlsəydilər, ABŞ İranın danışıqları deyil, təslim olmasını tələb edərdi
19:29 / 12-04-2026
Bir qrup məktəbli qız həmyaşıdlarını döyüb
19:26 / 12-04-2026
Tramp bildirib ki, ABŞ İrana tam dəniz blokadası tətbiq etmək niyyətindədir
19:22 / 12-04-2026
"112": Yaşayış binasında baş verən yanğında bir nəfər ölüb
Prezident İlham Əliyev: Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq
Tarix: 23-04-2019 15:12 | Bölmə: Manşet
Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edərkən sakinlərlə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib: “Siz görməyimə çox şadam. Çox şadam ki, Mərdəkan qəsəbəsində çox gözəl infrastruktur layihələri icra edilir və yollar salınır, qəsəbənin digər problemləri öz həllini tapır. Bu, bizim siyasətimizdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və çox çalışırıq ki, hər bir yerdə inkişaf olsun, quruculuq, abadlıq işləri aparılsın”.
İlham Əliyev bildirib ki, yol inkişaf üçün əsas şərtlərdən biridir: “Buzovna-Mərdəkan yolu keçən il istifadəyə verilib. Bu yol mövcud deyildi. İndi isə yoldan istifadə olunur, yolboyu binalar tikilir, ictimai yerlər, ictimai obyektlər salınır. Yəni yol olan yerdə inkişaf da var. Azərbaycanda son illərdə bütün yerlərdə müasir yol infrastrukturu yaradılır, o cümlədən Bakı qəsəbələrində. İndi isə Mərdəkan-Qala yolunun açılışını qeyd edirik. Bu, əslində onu göstərir ki, hər bir sahədə, hər bir bölgədə ən müasir standartlar tətbiq olunur.
Bildiyiniz kimi, son 15 il ərzində ölkəmizdə 15 min kilometr yol çəkilib. Hər bir yerdə, hətta dağ kəndlərində, yol olmayan kəndlərə biz yollar çəkdik. Bu gün bu yollar həm insanlara xidmət göstərir, həm biznes imkanlarını genişləndirir, fermerlər üçün yeni imkanlar yaradır və yollar keyfiyyətli salınır. Çünki Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycanda yolların keyfiyyəti dünya miqyasında 34-cü yerdədir. Biz çalışırıq ki, hər bir sahədə ən yüksək standartları tətbiq edək və insanları narahat edən problemləri aradan götürək”.
Prezident vurğulayıb ki, yol, infrastruktur, elektrik enerjisi ilə təchizat, qazlaşdırma, su layihələri – bütün bunlar diqqət mərkəzindədir və son illərdə bu istiqamətdə çox ciddi addımlar atılır: “Ona görə mən gəlmişəm bu gün sizinlə görüşüm, bu gözəl hadisəni bir yerdə qeyd edim və sizə yeni uğurlar, qələbələr arzulayım.
Qəsəbələrarası və qəsəbədaxili yollar diqqət mərkəzindədir. “Azəravtoyol” agentliyinə göstəriş verilib ki, Bakı qəsəbələrində yol infrastrukturuna çox ciddi fikir verilsin və demək olar ki, indi bu proses geniş vüsət alıb. Əminəm ki, bütün qəsəbələrdə daxili yollar təmir olunacaq, bərpa ediləcək və insanlara rahatlıq verəcək. Bir daha sizi təbrik edirəm, sizə uğurlar arzulayıram”.
Dövlət başçısı bildirib: “Mən çalışıram və bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim. Ölkə qarşısında duran bütün problemlər öz həllini tapmalıdır. Son illər ərzində görülmüş işlər göz qabağındadır. Azərbaycan müasirləşir, yeniləşir, hər bir yerdə, hər bir bölgədə və hər bir sahədə çox böyük quruculuq, abadlıq işləri aparılır”.
Azərbaycan Prezidenti deyib ki, bu gün iqtisadi inkişaf təmin edilir. Bu il iqtisadiyyatımız 3 faiz artır, əvvəlki illərə nisbətən bu artım daha böyükdür: “Düzdür, bu, bizi tam qane edə bilməz. Çünki hesab edirəm ki, potensial daha böyükdür və biz iqtisadi baxımdan daha yüksək templərlə artmalıyıq. Ancaq, eyni zamanda, aparılan islahatlar və islahatların dərinləşməsi bizə əlavə imkanlar yaradır. Son illər ərzində çox böyük işlər görülüb, işlər də göz qabağındadır. Ancaq biz indi inkişafımızın yeni mərhələsindəyik. Son prezident seçkiləri ərəfəsində mən bəyan etmişdim ki, növbəti dövr islahatlar dövrü olacaq. Çünki hər bir ölkə üçün islahatlar çox önəmlidir. İslahatlar yenilik, müasirlik, nöqsanların aradan qaldırılması, problemlərin həlli deməkdir. Bizdə hər bir sahə üzrə çox aydın təsəvvür və iş proqramı var. Ona görə islahatların dərinləşməsi nəticəsində əldə edilmiş nailiyyətlər əlbəttə ki, vətəndaşların rifah halını yaxşılaşdırır. Baxın, bu ilin üç ayında büdcə daxilolmaları böyük dərəcədə artıb. Yəni, vergi və gömrük orqanları plandan əlavə 200 milyon manatdan çox vəsait toplayıblar. Nəyin hesabına? İslahatlar hesabına. Nəyin hesabına? Şəffaflıq hesabına, aparılmış siyasət nəticəsində. Sahibkarlar da razıdır, çünki bu gün sahibkar da bilir ki, dövlətin vergisini ödəməlidir, tam ödəməlidir və ondan başqa heç kimə heç bir ödəniş edilməməlidir. Mən indi görürəm ki, sahibkarlarda da bu işlərə böyük inam var.
Biz daxil olan əlavə gəlirləri, ilk növbədə, sosial məsələlərin həllinə yönəldirik. Düzdür, infrastruktur layihələri də lazımdır, biz oraya vəsait ayırmasaydıq, belə yollar çəkilə bilməzdi. Ancaq indiki şəraitdə biz vəsaiti daha çox insanların rifah halının yaxşılaşdırılması üçün yönəldirik. Təsadüfi deyil ki, keçən ilin aprel ayında prezident seçkilərindən sonra imzaladığım ilk Fərman şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir. Şəhid ailələrinə 11 min manat ödənişin təşkil edilməsi bizim niyyətimizi göstərir və bu ödənişlər aparılır. Ondan sonra qəbul edilmiş qərarlar, imzaladığım fərmanlar da bir məqsədi güdür ki, vətəndaşlar daha da yaxşı yaşasınlar. Minimum əməkhaqqı, minimum pensiya təxminən 40 faiz artırılıb. Mən bu yaxınlarda demişəm, artım faiz baxımından böyük olsa da, bizi qane edə bilməz. Çünki biz daha da yüksək həddə çatmalıyıq və bunu etmək üçün daha da fəal işləməliyik. Sosial müavinətlər orta hesabla iki dəfə, köçkünlərə, şəhid ailələrinə verilən müavinət, tələbə təqaüdləri 50 faiz artıb. Bir çox önəmli fərman və sərəncamlar imzalanmışdır ki, insanların rifah halını, biznes mühitini yaxşılaşdırır və bu istiqamətdə işlər davam etdiriləcək. Çünki minimum əməkhaqqı, minimum pensiyanın qaldırılması daimi proses olmalıdır”.
İlham Əliyev qeyd edib ki, Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq: “Nəzərə alsaq ki, bizim neft-qaz sahəsində apardığımız siyasət öz bəhrəsini verir, yaxın gələcəkdə Cənub Qaz Dəhlizi işə düşəcək. Bu, əlavə gəlir gətirəcək və gəlir də vətəndaşların rifah halının yaxşılaşmasına yönəldiləcək.
Əlbəttə ki, islahatlar hərtərəfli olmalıdır - həm iqtisadi sahədə, sosial sahədə, siyasi sahədə, həm də idarəetmə sahəsində. Bu sahələrdə hələ ki, təkmilləşməyə böyük ehtiyac var. Biz öz siyasətimizi yerlərdən gələn təkliflər əsasında qururuq”.
Dövlətimizin başçısı xatırladıb ki, bu ilin yanvarında dördüncü regional inkişaf proqramı qəbul edilib: “Bu proqramın qəbul edilməsində yerlərdən gələn müraciətlər əsas rol oynayır. Çünki vətəndaşları narahat edən problemlər var ki, biz onları bilməliyik və həll etməliyik. Bizim məqsədimiz budur, siyasətimiz də bundan ibarətdir. Əminəm ki, ölkə qarşısında duran bütün vəzifələr, problemlər öz həllini tapacaq”.
Baxış sayı: 489
Bölməyə aid digər xəbərlər

12-04-2026, 21:43
Tramp İranla münaqişədə yeni hədəflərin adlarını açıqladı
12-04-2026, 21:39
İran dünyaya dialoqa hazır olduğunu nümayiş etdirmək üçün ABŞ ilə danışıqlara razılıq verdi
9-04-2026, 22:48
Ukraynanın NATO üzvlüyü artıq planda deyil
9-04-2026, 21:59
Zelenski ABŞ və Rusiya ilə yeni danışıqlar mərhələsi elan etdi
7-04-2026, 22:48
Nebenzya Rusiyanın Hörmüz boğazı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsini niyə blokladığını izah etdi
6-04-2026, 23:57
İlham Əliyevin şərəfinə Tbilisidə Gürcüstanın hakim partiyasının fəxri sədrinin adından lanç verilib
6-04-2026, 22:49
Knutovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri yalnız ABŞ-dan qrafit bombaları əldə edə bilərdi
6-04-2026, 21:48
Tramp İranın ona əhəmiyyətli bir təklif etdiyini bildirdi
6-04-2026, 20:52
Zelenski Qərbdən Ukrayna səmasını hər gün qorumağı tələb etdi
5-04-2026, 23:17
Ekspert Xodarenok: "İran rəhbərliyi çətin bir seçimlə üzləşə bilər"
5-04-2026, 20:22
ABŞ Gizli Xidməti Ağ Ev yaxınlığında atışma baş verdiyini bildirib
5-04-2026, 20:18
Sijjarto ordunun "Türk axını" qaz kəmərini qoruyacağını açıqladı
5-04-2026, 18:25
Tramp Hörmüz boğazı üzərindən İrana sərt reaksiya verdi
2-04-2026, 21:33
Lavrov Fars körfəzindəki vəziyyəti Səudiyyə Ərəbistanı xarici işlər naziri ilə müzakirə etdi
2-04-2026, 21:25
Şoyqu: "İranda baş verən hadisələr dünyada milyonlarla insanı aclıqdan təhdid edir"
2-04-2026, 20:00
Dmitriyev Orbanı Avropada sağlam düşüncənin səsi adlandırdı
1-04-2026, 22:20
Uşakov: "Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması sülh üçün perspektivlər açacaq"
1-04-2026, 20:33
Zaxarova İsrailin Xəzər dənizində logistikaya qarşı təhdidlərinin qəbuledilməz olduğunu bildirdi
1-04-2026, 20:30
Peskov: "AB hər yerdə Rusiyanın müdaxiləsini görür və bu, Ermənistan seçkilərinə də təsir edəcək"
30-03-2026, 20:06
Tramp: "Ağ Evin bal zalında tikilməkdə olan bir sığınacaq var"
29-03-2026, 21:53
Pakistanda İrandakı müharibənin gərginliyinin azaldılması ilə bağlı dördtərəfli danışıqlar başlayıb
26-03-2026, 19:51
"Onlar razılaşma üçün yalvarırlar, amma bacarıb-bacarmayacağımızı bilmirəm": Tramp İran haqqında
25-03-2026, 19:19
Mattis ABŞ-ın İrandakı strateji məqsədlərinə çata bilmədiyini bildirdi
23-03-2026, 13:44
Uvarov: "İran ABŞ reaktoru üçün zənginləşdirilmiş urandan istifadə etməyi planlaşdırırdı"
22-03-2026, 11:02
"Mehr": "Düşmən" gəmilər istisna olmaqla, bütün gəmilər Hörmüz boğazından keçə bilər
22-03-2026, 08:05
Beloqoryev: "Hörmüz boğazındakı risklərə görə tanker sığortası tarifləri artırılıb"
22-03-2026, 07:53
Qraham: "Trampın müttəfiqlərlə məsləhətləşməkdən çəkinməsi NATO-nu böhranla təhdid edir"
22-03-2026, 07:38
"Teleqraf": Hörmüz boğazı İranın ABŞ-a qarşı əsas silahıdır
22-03-2026, 07:30
Kavana ABŞ quru qüvvələrindən İranda istifadə üçün iki variant açıqladı
22-03-2026, 07:18
Tramp Hörmüz boğazının açılmasını tələb edir və İran elektrik stansiyalarına zərbə endirməklə hədələyir
18-03-2026, 23:00
ABŞ Milli Kəşfiyyat Direktoru Tulsi Qabbard: "Rusiya, Çin, İran və Şimali Koreya arasında əməkdaşlıq həyəcan vericidir"
18-03-2026, 20:59
Zelenskinin Kral III Çarla hədiyyəsi Ukraynada qalmaqala səbəb oldu
18-03-2026, 20:54
Leavitt: "Vaşinqton İranda nüvə materiallarının ələ keçirilməsi ehtimalını istisna etmir"