20:58 / 26-04-2025
4 zəlzələ qeydə alınıb
Bütün xəbərlər
Vatikan protokolu pozaraq Zelenskini Fransisin dəfn mərasimində önündə oturdur
Tarix: 26-04-2025 23:41 | Bölmə: Manşet

Müqəddəs Taxt-Tac, Papa Fransiskin dəfn mərasiminin protokolunu dəyişdirərək, Vladimir Zelenskini ön sırada əyləşdirib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, protokola əsasən, dəfn mərasimində iştirak edən ölkələrin liderləri protokolların tərtib olunduğu dövrdə ənənəvi diplomatiya dili olan fransız dilində öz ölkələrinin adlarının əlifba sırası ilə oturmalı idi.
“Görünür, Vatikan cənab Zelenskinin əksər liderlərin ölkələrinin adına və dövlət və ya hökumət başçısı olub-olmamasına görə əyləşdiyi mərasimdə diqqət mərkəzində olması üçün xüsusi tədbirlər görüb... Protokol qaydaları pozulub”, – nəşr yazır.
Zelenskiyə istisna verilməsəydi, o, birinci deyil, üçüncü sırada oturmalı olacaqdı.Eyni zamanda digər dünya liderlərinə münasibətdə də bu qaydaya ciddi əməl olunurdu.
Vatikanın sözçüsü Matteo Bruni, "İnanıram ki, onlar vakant yeri tutdular"- dedi.
Bundan əvvəl “The Independent” ABŞ prezidenti Donald Trampın Papa Fransiskin dəfn mərasimində qara kostyum əvəzinə mavi kostyum geyinərək geyim qaydalarını pozduğunu və buna görə tənqidlərə məruz qaldığını yazıb. Ağ Ev rəhbərinə qarşı ittihamlar mərasimə köynək, şalvar və gödəkçə ilə gələn Vladimir Zelenskinin oxşar etiket pozuntusu fonunda daha da güclənib.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər