Bütün xəbərlər
Peskov Makronun çıxışı haqqında: "Fransa müharibəni davam etdirməyi düşünür"
Tarix: 06-03-2025 14:41 | Bölmə: Manşet

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransa prezidenti Emmanuel Makronun ritorikasını qarşıdurma adlandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kremlin sözçüsü qeyd edib ki, Fransanın Avropada “nüvə liderliyi” iddiaları və onun liderinin çıxışı “çox, çox ziddiyyətli” görünür.
"Bu, çətin ki, sülh haqqında düşünən dövlət başçısının çıxışı kimi qəbul oluna bilər. Daha doğrusu, deyilənlərdən belə nəticəyə gəlmək olar ki, Fransa daha çox müharibə haqqında, müharibəni davam etdirmək haqqında düşünür", - Peskov bildirib.
O, Makronun açıqlamalarında bir çox qeyri-dəqiqliklərə də diqqət çəkib. Belə ki, Fransa prezidenti Rusiyanın Minsk razılaşmalarını necə pozmasından danışıb, lakin sələfi Fransua Ollandın “Minsk razılaşmalarını heç kimin həyata keçirməyə hazırlaşmayacağını” açıq etiraf etdiyini qeyd etməyib.
Martın 5-də Makron xalqa televiziya ilə müraciət edərək, "Rusiya təhlükəsi"ndən danışıb və Aİ-ni Fransanın nüvə silahları ilə müdafiə etmək üçün debat açmağa qərar verdiyini bildirib.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər