Bütün xəbərlər
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şamaxıda körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər
Tarix: 07-03-2019 13:40 | Bölmə: Manşet

                            

Martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Məktəbəqədər təhsil proqramı” çərçivəsində Şamaxının Şəhriyar qəsəbəsində yeni inşa olunmuş 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.
Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dövlətimizin başçısı və birinci xanım körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdilər.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldular.



Baxış sayı: 427


Bölməyə aid digər xəbərlər