Bütün xəbərlər
Kanada Aleksandr Lukaşenkonun həyat yoldaşına qarşı sanksiyalar tətbiq edib
Tarix: 27-01-2025 23:14 | Bölmə: Manşet

Kanada Belarus prezidenti Aleksandr Lukaşenkonun həyat yoldaşı Qalinaya qarşı sanksiyalar tətbiq edib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumat hökumətin rəsmi saytında dərc olunub.
Qalina Lukaşenko ilə yanaşı, daha doqquz Belarus vətəndaşı, ölkənin bir sıra hüquq-mühafizə orqanları və müdafiə müəssisələri məhdudiyyətlərə məruz qalıb.
Ottava onların tətbiq edilməsinə səbəb kimi iddia edilən "insan hüquqlarının kobud və sistematik pozulması"nı, həmçinin xüsusi hərbi əməliyyata dəstəyi göstərib.
Barəsində sanksiya tətbiq edilən şəxslərə indi Kanadada və ölkə vətəndaşları ilə əməliyyatlar aparmaq, respublikanın maliyyə xidmətlərindən istifadə etmək və dövlət ərazisinə daxil olmaq qadağan edilib.
Bundan əvvəl Böyük Britaniya Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri İqor Karpenkoya, ölkənin hərbi-sənaye kompleksi müəssisələrinə, həmçinin Belarus təhlükəsizlik orqanlarının əməkdaşlarına qarşı məhdudiyyətlər tətbiq edib. Son prezident seçkiləri məhdudiyyətlərin tətbiqi üçün əsas olub.



Baxış sayı: 165


Bölməyə aid digər xəbərlər