Bütün xəbərlər
"Yonhap": Cənubi Koreya Xarici İşlər Nazirliyi Şimali Koreya qoşunlarının göndərilməsi iddiası ilə əlaqədar Rusiya səfirini çağırıb
Tarix: 21-10-2024 10:47 | Bölmə: Manşet

Bazar ertəsi Cənubi Koreya Xarici İşlər Nazirliyi Rusiyanın Seuldakı səfiri Georgi Zinovyevi çağırıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, xarici işlər nazirinin birinci müavini Kim Honq-kyun Zinovyevlə görüşündə ona KXDR hərbçilərinin xüsusi təyinatlı döyüşlərdə iştirak etmək üçün Rusiyaya göndərilməsi ilə bağlı yayılan məlumatlarla bağlı hökumətin mövqeyini izah edib.
Bundan əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov KXDR-dən olan hərbçilərin Ukraynada xüsusi hərbi əməliyyatda iştirakı ilə bağlı xəbərləri şərh edərkən onları növbəti informasiya ördəyi adlandırıb.



Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər