Bütün xəbərlər
Avropa komissarı: "Aİ Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı sazişi ləğv etməyə hazırdır"
Tarix: 15-10-2024 21:13 | Bölmə: Manşet

Avropanın energetika üzrə komissarı Kadri Simson deyib ki, Avropa İttifaqı Rusiya qazı olmadan edə biləcək və Rusiya Federasiyası ilə yeni müqavilələr “bəzi ölkələrin” siyasi qərarlarıdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Kadri Simson bunu Avropa İttifaqının Energetika Nazirləri Şurasının iclasından sonra bəyan edib. O, Rusiyanın AB-yə LNG ixracının artdığını etiraf edib, lakin bunun trendə çevrilməyəcəyinə ümid edir.
“Biz Rusiya qazı olmadan etməyə hazırıq, biz buna son illərdə hazırlaşırıq ki, əgər bəzi ölkələr yeni müqavilələr bağlayırsa, bu, siyasi qərarlardır”.
Simson vurğulayıb ki, Aİ-də qaz anbarları 95% doludur ki, bu da istilik mövsümündə qiymətləri sabit saxlayacaq. Əgər ilin sonunda Ukrayna ərazisindən tranzitlə bağlı saziş uzadılmasa, Avropa İttifaqı belə vəziyyətə hazır olacaq.



Baxış sayı: 138


Bölməyə aid digər xəbərlər