Bütün xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Gəncəyə səfərə gəlib (FOTO)
Tarix: 14-02-2019 19:54 | Bölmə: Manşet

Fevralın 14-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Gəncə şəhərinə gəliblər.
Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ulu öndər Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Birinci vitse-prezidentə son illərdə şəhərdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.
Mehriban Əliyeva Regional İnkişaf İctimai Birliyinin nümayəndələri ilə görüşdü.


















Baxış sayı: 371


Bölməyə aid digər xəbərlər