21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Prezident İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə 3 milyon manat ayırıb
Tarix: 14-02-2019 18:00 | Bölmə: Manşet

Prezident İlham Əliyev “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir avadanlıqla təchiz olunması üçün “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 3 milyon manat ayrılır.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.



Baxış sayı: 314


Bölməyə aid digər xəbərlər