Bütün xəbərlər
Elmar Məmmədyarov Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək
Tarix: 14-02-2019 17:36 | Bölmə: Manşet

                  


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyaya işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, məqsəd bu ilin 15-17 fevral tarixlərində keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak etməkdir.
Səfər çərçivəsində xarici işlər nazirinin 55-ci Münhen Təhlükəsizlik Konfransında iştirakı ilə yanaşı, bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.



Baxış sayı: 338


Bölməyə aid digər xəbərlər