Bütün xəbərlər
Mask Trampa sui-qəsd cəhdi ilə bağlı şərhi olan bir paylaşımı silib
Tarix: 16-09-2024 19:41 | Bölmə: Manşet

Amerikalı sahibkar İlon Mask X sosial şəbəkəsində Donald Trampa sui-qəsd cəhdi ilə bağlı şərhi olan paylaşımı silib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, silinmiş paylaşımında İlon Mask niyə heç kimin Demokrat Partiyasının nümayəndələrini öldürməyə çalışmadığı ilə maraqlanıb. Milyarder əvvəlcə açıqlamanı silmək istəməsə də, sosial şəbəkə istifadəçilərindən birinin yazının yanlış şərhinə işarə etdikdən sonra bunu edib.
Trampın həyatına ikinci cəhd sentyabrın 15-də Florida ştatındakı qolf klubunda baş verib. Sonuncu dəfə iyulun 13-də ABŞ prezidentliyinə namizədə sui-qəsd edilib.


Baxış sayı: 54


Bölməyə aid digər xəbərlər