Bütün xəbərlər
Argentina Messisiz 2024-cü ildə ilk məğlubiyyətini aldı
Tarix: 11-09-2024 12:54 | Bölmə: Manşet

DÇ-2026-nın seçmə mərhələsinin səkkizinci turunun matçında Argentina futbolçuları Kolumbiyaya uduzub - 1:2.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüş Barranquilla şəhərində baş tutub.
Qaliblər Yerson Mosquera və 25 və 60-cı dəqiqələrdə fərqlənən James Rodriguezdən qol vurub. Rodriges qola əlavə olaraq bir məhsuldar ötürmə də etdi. Argentinalıların heyətində Nikolas Qonzales 48-ci dəqiqədə bir dəfə fərqlənib.
Argentina millisinin lideri Lionel Messi zədə səbəbindən matçda iştirak etməyib. Albiseleste üçün bu məğlubiyyət 2024-cü ildə ilk idi. Argentina 12 oyunluq qələbə seriyasını qırıb.
Dünya çempionatının seçmə mərhələsinin səkkiz oyununda argentinalılar iki məğlubiyyətlə 18 xalla turnir cədvəlinə başçılıq edir, Kolumbiya isə 16 xalla bir pillə geridədir.


Baxış sayı: 82


Bölməyə aid digər xəbərlər