Bütün xəbərlər
Stoltenberq: "NATO Ukraynanın uzaqmənzilli raketlərdən istifadəsini müzakirə edir"
Tarix: 05-09-2024 20:46 | Bölmə: Manşet

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans Ukraynanın uzaqmənzilli raketlərdən istifadəsini müzakirə edir və Ukrayna Silahlı Qüvvələri üçün Rusiya ərazisindəki hərbi hədəfləri vura bilməsinin vacibliyini vurğulayır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “NATO çərçivəsində bu mövzuda müzakirələr gedir... Ukraynanın Rusiya ərazisindəki hərbi hədəflərə çatmaq imkanının olması vacibdir”, - deyə, "Reuters" agentliyi ondan sitat gətirib.
Stoltenberq xatırladıb ki, Böyük Britaniya kimi bəzi NATO ölkələri ilkin olaraq Ukraynanı məhdudiyyətsiz silahla təmin edib. Fransa həmçinin Kiyevə Rusiya ərazisinə zərbələr endirmək üçün uzaqmənzilli “Storm Shadows/Scalps” raketlərindən istifadə etməyə icazə verib.
Avqustun əvvəlində Ukrayna qüvvələrinin işğal etdiyi Kursk vilayətində vəziyyətin inkişafından danışan NATO-nun baş katibi hadisələrin sonrakı gedişatını proqnozlaşdırmağın çətinliyini qeyd edib.
İyulun ortalarında Pentaqon bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək üçün ATACMS taktiki raketlərindən istifadə etməyə hələ icazə vermir, lakin gələcəkdə bu qərara yenidən baxıla bilər.


Baxış sayı: 91


Bölməyə aid digər xəbərlər