Bütün xəbərlər
Azərbaycan Prezidenti El-Salvadorun yeni seçilmiş dövlət başçısını təbrik edib
Tarix: 11-02-2019 18:28 | Bölmə: Manşet

                                    

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev El-Salvador Respublikasının yeni seçilmiş Prezidenti Nayib Bukeleyə təbrik məktubu ünvanlayıb. 
"Report"un məlumatına görə, təbrik mətnində deyilir:  
"Hörmətli cənab Bukele,
El-Salvador Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə El-Salvador arasında əlaqələrin inkişafı və genişlənməsi yolunda birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".



Baxış sayı: 345


Bölməyə aid digər xəbərlər