14:13 / 26-10-2024
Ayı xizəkçini dişləyib
Bütün xəbərlər
"Le Monde": Fransa hakimiyyəti Fələstini tanımaq imkanlarını araşdırır
Tarix: 03-06-2024 18:19 | Bölmə: Manşet

Fransa hakimiyyəti Fələstinin müstəqil dövlət kimi tanınması imkanlarını müzakirə edir, bu məsələdə nəzərəçarpacaq irəliləyiş əldə ediblər, "Le Monde" İsrailin respublikadakı keçmiş səfiri Eli Barnaviyə istinadən yazır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, israilli diplomat qəzetə bildirdiyinə görə, Fransa rəsmiləri məsələnin müzakirəsində irəliləyiş əldə ediblər. Baxmayaraq ki, ölkə prezidenti Emmanuel Makron daha əvvəl bu qərar üçün uyğun məqamın hələ çatmadığını demişdi.
Nəşr yazır ki, Fransa hakimiyyəti Fələstinin müstəqilliyini tanımazdan əvvəl Yaxın Şərqdəki münaqişənin iki dövlət prinsipi əsasında həllinə dair məsləhətləşmələr aparmaq niyyətindədir.
Mayın sonunda Makron Fransanın Fələstini nə vaxt faydalı olacağı təqdirdə tanıyacağını demişdi. O qeyd edib ki, respublikada bununla bağlı heç bir tabu yoxdur, lakin İsrail də bu qərarı təsdiqləməlidir.
Almaniyanın xarici işlər naziri Annalena Barbok Almaniyanın hələ Fələstini tanımaq fikrində olmadığını bildirib.
Lakin Norveç, İspaniya və İrlandiya artıq Fələstini müstəqil dövlət kimi rəsmən tanıyıb. Hazırda BMT-nin 193 ölkəsindən 140-dan çoxu Rusiya da daxil olmaqla Fələstin dövlətçiliyini tanıyır.



Baxış sayı: 152


Bölməyə aid digər xəbərlər