Bütün xəbərlər
Çox işləməkdən başqa seçimim yoxdur - Tramp
Tarix: 11-02-2019 02:07 | Bölmə: Manşet

                      



Mən yəqin ki, əvvəlki prezidentlərə nisbətən daha çox işləyirəm.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp onun iş saatı ilə bağlı yayılan gündəlik proqramı şərh edərkən Tvitter mikrobloqunda yazıb.
O bildirib ki, yerli media onun qrafiki ilə bağlı müsbət yöndə məlumatlar verə bildiyi halda, mənfi səpkili informasiyalara üstünlük verib:
“Sənədlərlə iş” terminə gəldikdə, mən adətən işləyirəm, dincəlmirəm. Mən prezidentliyə gəldikdə ölkədə düzənsizlik var idi. Zəifləmiş silahlı qüvvələr, fasiləsiz müharibələr, Şimali Koreya ilə potensial müharibə təhlükəsi, veteranların işi, yüksək vergilər və həddindən çox tənzimləmələr, sərhəddə problem, immiqrasiya və sağlıq xidmətləri və s... Mənim çox işləməkdən başqa seçimim yox idi”.
Qeyd edək ki, Ağ Ev rəhbərinin gündəlik proqramın təxminən 60 faizini özünə ayırdığı deyilir.



Baxış sayı: 349


Bölməyə aid digər xəbərlər