Bütün xəbərlər
Putin: "Rusiya Federasiyasına onun tarixinə, dilinə və mədəniyyətinə hörmət edənlər gəlməlidir"
Tarix: 02-04-2024 15:42 | Bölmə: Manşet

Onun adət-ənənələrinə, tarixinə, mədəniyyətinə, dilinə hörmət edənlər Rusiyaya gəlməlidir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyinin kollegiya iclasında bildirib.
Dövlət başçısının fikrincə, miqrasiya siyasətində bu prinsip həlledici olmalıdır.
Daha əvvəl Putin vurğulamışdı ki, dövlətin və cəmiyyətin təhlükəsizliyini təmin etmək, eləcə də millətlərarası sülhü qorumaq üçün Rusiyada miqrasiya siyasətinə yanaşmalar yenilənməlidir. O, həmçinin qeyd edib ki, qeyri-qanuni miqrasiya cinayətlər üçün “yaxşı zəmindir”.


Baxış sayı: 75


Bölməyə aid digər xəbərlər