Bütün xəbərlər
Qardaşım İlham Əliyev sağ olsun, onu bizə verdi - Ərdoğan
Tarix: 05-02-2019 00:12 | Bölmə: Manşet




FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiyasının vacibliyini dəfələrlə qeyd etmişik. Çünki bu məsələdə başqa təzahürlər meydana gəlməyə başlayıb.
Azvision xəbər verir ki, bunu Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğan TRT-yə müsahibəsində bildirib.
Ərdoğan FETÖ-nun ABŞ Konqresində adamlarının olduğunu da diqqətə çatdırıb:
"Bəzi vətəndaşlarımızın FETÖ barəsində danışmaqlarını, hətta kitab yazmağını anlaya bilmirəm. Ağır olsa belə, bunu demək məcburiyyətindəyik. Ona (Fətulah Gülən - red.) inanan, arxasınca gedən şəxslər var. Onlar həqiqəti öyrənməlidirlər”.
Ərdoğan, həmçinin, vurğulayıb ki, dünyanın bir çox ölkələri FETÖ terror qruplaşmasının liderlərini Türkiyəyə təslim etməyə başlayıblar:
"Ən son Azərbaycandan FETÖ-nun çox önəmli şəxsini, sağ olsun qardaşım İlham Əliyev, təslim etdi. Bundan öncə də təslim edilənlər var idi. Kosovo da 6-7 nəfəri təslim edib. Onlar olduqları yerdə hökuməti devirə biləcək bir vəziyyətə gəlmişdilər”.



Baxış sayı: 370


Bölməyə aid digər xəbərlər