Bütün xəbərlər
Şəhər və rayonlarda çoxmənzilli binaların dam örtüklərinin təmirinə maliyyə vəsaiti ayrılıb (SİYAHI)
Tarix: 04-02-2019 20:27 | Bölmə: Manşet

Prezident İlham Əliyev Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycanın 5 şəhər və rayonunda 379 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Azərbaycan Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.65-ci bəndində göstərilmiş məbləğin 21 685 830 (iyirmi bir milyon altı yüz səksən beş min səkkiz yüz otuz) manatı bu sərəncama əlavə edilmiş siyahıya uyğun olaraq şəhər, rayon icra hakimiyyətlərinə ayrılsın.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Dam örtüklərinin təmiri nəzərdə tutulmuş çoxmənzilli binaların şəhər və rayonlar üzrə bölgüsünə dair siyahı
Sıra
№-si
Şəhər, rayonDam örtüklərinin təmiri nəzərdə tutulmuş 3, 4 və 5 mərtəbəli çoxmənzilli binalar
Sayı, ədədSahəsi, kv.m.Ayrılan vəsait,
min manat
5 şəhər və rayon üzrə cəmi379434 879,021685,83
o cümlədən:


1.Gəncə5049449,02472,57
2.Sumqayıt263291406,014007,43
3.Şəki2842119,02483,07
4.Şirvan3040048,02053,23
5.Qazax811857,0669,53




Baxış sayı: 291


Bölməyə aid digər xəbərlər