Bütün xəbərlər
Prezident İlham Əliyev Malayziya dövlət başçısını təbrik edib
Tarix: 04-02-2019 17:29 | Bölmə: Manşet



Prezident İlham Əliyev Malayziyanın XVI Ali Başçısı əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha təbrik məktubu ünvanlayıb.
Prezidentin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, təbrikdə deyilir: "Əlahəzrət,
Malayziyanın XVI Ali Başçısı seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Malayziya arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Malayziya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram".



Baxış sayı: 270


Bölməyə aid digər xəbərlər