19:33 / 09-07-2026
Teatr yanğına uğrayıb
18:26 / 09-07-2026
Aslanbi Xuştov vəfat edib
Bütün xəbərlər
Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü artırıldı
Tarix: 30-01-2019 23:05 | Bölmə: Manşet



Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında fərman imzalayıb.
Sərəncamda qeyd olunur ki, şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilsin.
“Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli fərmanının 1-ci hissəsində “242 (iki yüz qırx iki)” sözləri “300 (üç yüz)” sözləri ilə əvəz edilir.
Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.



Baxış sayı: 383


Bölməyə aid digər xəbərlər