Bütün xəbərlər
Türkiyə Parlamentinin spikeri istefa verir
Tarix: 30-01-2019 11:26 | Bölmə: Manşet

                 


Türkiyə Parlamentinin spikeri Binəli Yıldırım istefaya getmək barədə qərar verib.
Trend-in məlumatına görə, türkiyəli spiker fevralın 18-də rəsmi olaraq istefa verəcəyini bəyan edib. B.Yıldırım istefasının İstanbul bələdiyyəsinin başçısı postuna namizədliyini irəli sürmək qərarı ilə bağlı olduğunu bildirib.
Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri bu il martın 31-də keçiriləcək. Burada bələdiyyə seçkiləri hər 5 ildən bir keçirilir.



Baxış sayı: 372


Bölməyə aid digər xəbərlər