Bütün xəbərlər
İsraildən Maduronu qəzəbləndirəcək qərar
Tarix: 28-01-2019 02:08 | Bölmə: Manşet



İsrail baş naziri Binyamin Netanyahu Venesuela müxalifətinin lideri Xuan Quaydonu ölkə prezidenti kimi tanıdığını bəyan edib.
Oxu.Az xəbər verir ki, Netanyahu İsrailin bu məsələdə ABŞ, Kanada, eləcə də Latın Amerikası və Avropanın əksər ölkələrinin mövqeyini dəstəklədiyini bildirib.
Qeyd edək ki, yanvarın 23-də Karakasda keçirilən mitinqdə X. Quaydo özünü Venesuelanın müvəqqəti prezidenti elan edib.
Rusiya, Çin və Türkiyə isə Nikolas Maduronu dəstəkləyiblər.



Baxış sayı: 360


Bölməyə aid digər xəbərlər