Bütün xəbərlər
Azay Quliyev: “Allah eləməsin, əgər bu hadisə Azərbaycanda baş versəydi...”
Tarix: 28-01-2019 00:56 | Bölmə: Manşet
                     


“Ermənistanda partiya sədri Mher Yeğizaryan 52 günlük aclıq aksiyasından sonra həbsxanada ölüb. Qəribəsi budur ki, beynəlxalq təşkilatlardan heç biri bu dəhşətli hadisəyə reaksiya verməyib”.
Modern.az saytı xəbər verir ki, bu fikirləri Twitter səhifəsində millət vəkili, ATƏT PA-nın vitse prezidenti Azay Quliyev yazıb.
A.Quliyev beynəlxalq təşkilatların ölkələrə münasibətdə ikili yaşanşamına diqqət çəkib: 
“Allah eləməsin, əgər bu hadisə Azərbaycanda baş versəydi, yəqin ki, siz AŞPA-nın, Avropa Parlamentinin, ATƏT və digərlərinin necə reaksiya verəcəyini təsəvvür edərdiniz”.
Ümid edək ki, heç olmasa Azay Quliyevin bu mesajından sonra beynəlxalq təşkilatlar Ermənistanda baş verən belə bir dəhşətli hadisəni pisləyərək müvafiq qətnamə qəbul edəcəklər.
 



Baxış sayı: 345


Bölməyə aid digər xəbərlər