Bütün xəbərlər
Yunanıstan parlamentinə keçirilən seçkilərdə hansı partiyanın daha çox səs topladığı məlum olub
Tarix: 21-05-2023 23:09 | Bölmə: Manşet


Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin “Yeni Demokratiya” partiyası parlament seçkilərində liderlik edir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Kathimerini" qəzetinin yazdığına görə, qazanılan səslər təkbaşına hökumət qurmaq üçün kifayət deyil.
Nəticələrin rəsmi elanından sonra hökumət başçısı birpalatalı 300 yerlik parlamentdə yerlərin əksəriyyətini əldə etmək üçün koalisiya tərəfdaşları tapmalı olacaq.
Mitsotakisin əsas rəqibi, keçmiş baş nazir Aleksis Tsipras və onun SİRİZA partiyası ikinci yerdədir.
Ümumilikdə 36 siyasi partiya və birlik 9,9 milyon yunan seçicisinin səsi üçün mübarizə aparıb.


Baxış sayı: 97


Bölməyə aid digər xəbərlər