19:16 / 26-08-2026
Olimpiya medalçısı medalını satdığını təkzib etdi
19:12 / 26-08-2026
Reqbi hakimi Brızqalin intihar etdi
19:10 / 26-08-2026
Qərb Cənubi Qafqaz Dəmir Yolu (CQD) məsələsi ilə bağlı Ermənistanı şantaj etməkdə ittiham olunub
19:07 / 26-08-2026
"Tatu"nun konserti ləğv edilib
19:04 / 26-08-2026
5 yaşlı uşağı oyun meydançasından qaçıran şəxs həbs edilib
18:12 / 26-08-2026
Peskov İsveçrənin Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı açıqlamasına şərh verməkdən imtina etdi
18:10 / 26-08-2026
Macarıstan hökumət dəyişikliyindən sonra Rusiyanı təhlükə adlandırdı
18:07 / 26-08-2026
Daşqınlar nəticəsində təxminən 300 turist itkin düşüb
18:04 / 26-08-2026
Bir oğlanın yaralandığı polis təqibinin görüntüləri yayılıb
18:00 / 26-08-2026
15-ci əsrə aid gümüş sikkələrin olduğu gil küp tapılıb
17:57 / 26-08-2026
Media xəbərlərinə görə, Zelenski və Mask Ukraynaya dəstək mövzusunda danışıqlar apara bilərlər
17:52 / 26-08-2026
Müdafiə zavodunu yandırmağa cəhd ediblər
17:48 / 26-08-2026
"Poseidon" nüvə torpedası üçün ideal əməliyyat teatrı açıqlandı
17:44 / 26-08-2026
Avropadakı böhran Rusiya ilə qarşıdurma fonunda daha da pisləşir
17:40 / 26-08-2026
İİKK İran və Omanın Hörmüz boğazından gəmiçilikdən əldə etdiyi gəliri bölüşmək istədiyini bildirib
17:36 / 26-08-2026
Ağacları kəsərkən öldü
17:30 / 26-08-2026
Rusiya diplomatları körpələrin ölümü ilə bağlı başsağlığı veriblər
17:26 / 26-08-2026
Media xəbərlərinə görə, NATO Ukrayna Silahlı Qüvvələrinin döyüş koordinasiya sistemini maliyyələşdirib
17:23 / 26-08-2026
Daşqınlar su elektrik stansiyalarına ziyan vurub
17:20 / 26-08-2026
"Qaçmalısan, əks halda işlər pis olacaq": Ayıdan necə qaçdığını danışır
17:14 / 26-08-2026
Larisa Dolinanın işi Moskvada rekord itkiyə çevrilib
17:10 / 26-08-2026
Qaynaq sexində yanğın baş verib
12:07 / 26-08-2026
Azərbaycan–Özbəkistan münasibətləri yeni mərhələdə
09:43 / 26-08-2026
Deputat Könül Nurullayeva vətəndaşlarla növbəti görüşünü keçirib
21:58 / 25-08-2026
"Muğam gözəlliyin və məhəbbətin rəmzidir"
21:11 / 25-08-2026
Təqaüdçü qadın zirzəmisində qaz zəhərlənməsindən ölüb
21:07 / 25-08-2026
Ukrayna "Patriot" üçün raketlərin alındığını elan etdi
21:03 / 25-08-2026
Ekspert Moskvanın nüvə silahlarından istifadə etməsinin qarşısını almaq üçün Britaniyanın prinsipini müəyyən edib
20:59 / 25-08-2026
Lixaçev Misirdə nüvə tibb mərkəzi yaratmaq planlarından danışdı
20:56 / 25-08-2026
Bir uşaq dördüncü mərtəbənin pəncərəsindən yıxılaraq ölüb
20:54 / 25-08-2026
Qaz Kimya Kompleksində baş verən yanğında Çin vətəndaşı ölüb
20:51 / 25-08-2026
Tramp Ontario Gölünün adını "Amerika Gölü"nə dəyişdirmək istəyir
20:48 / 25-08-2026
Taylandda motosiklet qəzasında ölüb
19:59 / 25-08-2026
Uşağı qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
19:55 / 25-08-2026
Müəllimini öldürən məktəbli məhkəmə qarşısına çıxacaq
19:53 / 25-08-2026
Almaniya AfD seçki qələbəsinin potensial nəticəsini proqnozlaşdırır
19:49 / 25-08-2026
Təqaüdçünün cəsədi tapılıb
19:45 / 25-08-2026
Kanye West-in konsert təşkilatçıları şounu yenidən planlaşdırmırlar
19:42 / 25-08-2026
Rusiya Xarici İşlər Nazirliyi Kiyevi Ukrayna Pravoslavlığında qəsdən xaos yaratmaqda ittiham etdi
19:39 / 25-08-2026
Türkiyə Ukrayna Silahlı Qüvvələrinin Qara dənizdə ticarət gəmilərinə hücumlarından dəyən zərəri qiymətləndirir
"Nəsimi Azərbaycan ədəbiyyatının nadir simalarından biridir" - AÇIQLAMA
Tarix: 24-01-2019 00:29 | Bölmə: Manşet

"Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamı xalqımızın mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisədir. Hesab edirik ki, bu Sərəncam ölkə Prezidentinin, Azərbaycan dövlətinin bədii sözə və ədəbiyyatımıza, incəsənət və mədəniyyətimizə verdiyi böyük dəyər və qayğının daha bir bariz nümunəsidir". Bu fikirləri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
SİA-nın məlumatına görə, akademik qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ ölkəmizə rəhbərliyinin birinci dönəmində (1969-1982) elm və mədəniyyətə, ədəbiyyat və incəsənətə, xüsusilə də xalqımızın mənəvi sərvəti olan ana dilimizə böyük diqqət və qayğı ilə yanaşaraq bu yöndə bir sıra məqsədyönlü tədbirlər həyata keçirib. Həmin tədbirlər sırasında məhz Ulu Öndərin təşəbbüsü ilə 1973-cü ildə böyük söz ustası İmadəddin Nəsiminin 600 illik yubileyinin UNESCO-nun tədbirlər planına daxil edilməsi və ölkəmizdə böyük təntənə ilə qeyd olunması xüsusi yer tutur. Məlum olduğu kimi, həmin yubiley tədbirlərinin davamı olaraq 1979-cu ildə Bakının mərkəzində İmadəddin Nəsiminin möhtəşəm heykəli ucaldıldı, şair haqqında məşhur bədii film çəkildi, eləcə də böyük söz ustadının əsərləri həm doğma ana dilində, bəziləri isə bir sıra xarici dillərdə nəfis şəkildə nəşr olundu. Bundan əlavə, Nəsiminin əsərləri ədəbiyyatşünaslıq və dilçilik istiqamətlərindən araşdırıldı, bir sıra sanballı tədqiqat əsərləri ortaya qoyuldu. Şairin 600 illik yubileyi çərçivəsində 1973-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Dilçilik İnstitutuna İmadəddin Nəsiminin adı verildi. Onu da əlavə etmək yerinə düşər ki, anadilli ədəbiyyatımızda fəlsəfi şeirin əsasını qoyan Nəsiminin ən böyük xidmətləri sırasında Azərbaycan ədəbi dilini daha da inkişaf etdirməsi və onu yeni-yeni söz və ifadələrlə zənginləşdirməsi mühüm yer tutur. Məhz bu amil respublikamızda dilçilik sahəsində fundamental araşdırmaların mərkəzi və aparıcı qurumu kimi tanınan Dilçilik İnstitutuna böyük Azərbaycan şairi Nəsiminin adının verilməsi məsələsində mühüm rol oynayıb. "Ulu Öndərin dövlət quruculuğu siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də ana dilimizin və elmimizin inkişafı ilə bağlı bir sıra mühüm sənədlərə imza atıb. Onların sırasında 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının yaxşılaşdırılması haqqında Sərəncamı və 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” xüsusilə böyük əhəmiyyət daşıyır",- deyə akademik vurğulayıb.
Prezident İlham Əliyevin 2018-ci il noyabrın 15-də İmadəddin Nəsiminin 650 illik yubileyinin ölkəmizdə yüksək səviyyədə qeyd olunması haqqında Sərəncam imzaladığını xatırladan akademik onu da deyib ki, bədii söz sənətinin ən dəyərli incilərini ortaya qoyan, əsərlərində ümumbəşəri fikirləri yüksək poetik şəkildə ifadə edən mütəfəkkir şair İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatının nadir simalarından biridir. Məhz buna görə də Nəsiminin 650 illik yubileyinin qeyd olunması və Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi olduqca təqdirəlayiq və əlamətdar bir hadisədir: " 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması və böyük şairin 650 illik yubileyinin yüksək səviyyədə qeyd olunması işığında qüdrətli söz ustasının adını daşıyan Dilçilik İnstitutunda da yaxın gələcəkdə bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur. Onlar sırasında birinci olaraq “Nəsiminin söz dünyası: poetik dili və ədəbi irsi” mövzusunda beynəlxalq konfransın keçirilməsini qeyd etmək lazımdır. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu ilə birgə keçiriləcək bu mötəbər elmi toplantıya bir sıra xarici ölkə alimlərini dəvət etməyi də nəzərdə tuturuq ki, bu da bütövlükdə böyük şairimizin ölkə xaricində də tanıdılması və ədəbi irsinin araşdırılması baxımından olduqca önəmlidir. Bundan əlavə, Nəsiminin anadilli şeirlərinin mükəmməl sözlüyünü (həm elektron variantda, həm də kitab şəklində) hazırlamağı da yaxın gələcəkdə gerçəkləşdirməyi düşünürük. İnstitutda bu əhəmiyyətli və vacib işə artıq başlanılıb. Qarşıdakı tədbirlər sırasında, həmçinin Nəsimi şeirinin dil və üslub xüsusiyyətlərinin geniş və hərtərəfli, sistemli və bütöv şəkildə araşdırılmasını özündə əhatə edən elmi toplu və monoqrafiyaların hazırlanmasını qeyd etmək olar. Bundan əlavə, Nəsimi “Divan”ını geniş elmi şərhlərlə nəşr etmək və bütövlükdə şairin yeni aşkara çıxarılan əlyazmalarını cəlb etməklə böyük söz ustasının anadilli əsərlərinin yeni elmi-tənqidi mətnini hazırlamaq da faydalı olardı. Qeyd edək ki, Nəsimi şeirlərinin indiyədək ölkəmizdə hazırlanmış bir sıra nəşrlərində böyük söz ustasının orijinal dilinə müəyyən dərəcədə müdaxilələr edilib, daha doğrusu, “Divan”dakı ayrı-ayrı sözlər ya müasirləşdirilib, ya da doğru-düzgün oxunmayıb. Buna görə də respublikamızın bütün müvafiq qurumlarında çalışan dilçi, ədəbiyyatçı mütəxəssisləri bu vacib və əhəmiyyətli işə cəlb etməklə şairin əsərlərinin yeni akademik nəşrinin hazırlanmasına böyük ehtiyac var. Bütün bu tədbirlərlə yanaşı, düşünürük ki, AMEA-nın İmadəddin Nəsimi adına Dilçilik İnstitutunda bu elmi qurumun bazası əsasında ayrıca bir nəsimişünaslıq şöbəsinin yaradılması da məqsədəuyğun olardı”, - deyə Möhsün Nağısoylu bildirib.
Baxış sayı: 482
Bölməyə aid digər xəbərlər

20-08-2026, 19:35
Mendel: "Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbə endirməsindən sonra Zelenski günahı Trampa yıxacaq"
19-08-2026, 08:30
Boqdanov: "Kim Çen Inla görüş Trampın yeganə xarici siyasət aktividir"
18-08-2026, 22:38
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığına və bunu etmək planının olmadığına əminlik verdi
18-08-2026, 22:07
İran xarici işlər naziri Əraqçi: "ABŞ Tehranla danışıqlar üçün yalvarır"
18-08-2026, 21:48
"Barselona" İspaniya millisinin kapitanı Rodri ilə müqavilə imzaladığını elan etdi
18-08-2026, 12:33
Yaponiyanın Rusiyadakı səfiri Akira Muto Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk etdi
17-08-2026, 22:13
Avropa Parlamentinin üzvü: "Avropa Birliyinin Rusiyaya qarşı yeni sanksiyalar tələbi sülh gətirməyəcək"
14-08-2026, 17:38
Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
12-08-2026, 10:45
Tramp Amerika qanunlarının sərtliyindən şikayətləndi
11-08-2026, 19:17
Conson bildirib ki, Zelenskinin özü 2022-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək qərarına gəlib
9-08-2026, 18:49
Papa Rusiya və Ukraynanı dialoqa qayıtmağa çağırdı
6-08-2026, 21:11
Zelenski Ukraynanın 2027-ci ilə qədər öz ballistik sistemini inkişaf etdirəcəyinə ümid edir
5-08-2026, 20:56
Roskosmos baş institutunda yanğın baş verib
3-08-2026, 18:37
But: "ABŞ həbsxanalarındakı şərait Hollivud filmlərində təsvir olunanlara çox yaxındır"
30-07-2026, 18:21
Tusk Ukrayna üçün hansı dövrün həlledici olacağını izah etdi
29-07-2026, 19:09
"Trampın üzünə şillə": Kiyevin İrana mümkün kompensasiya ödənişi ilə bağlı ekspert
28-07-2026, 18:55
Tramp İranın "Nüvə qalasını" dağıtmaqla hədələyir
27-07-2026, 20:58
Tramp danışıqlar uğursuz olarsa, ABŞ-ın hərbi əməliyyatlara davam etməyə hazır olduğunu bildirdi
27-07-2026, 20:34
Peskov informasiya müharibəsinin heç vaxt bitməyəcəyinə inanır
26-07-2026, 23:38
Braziliya Prezidenti yeni ABŞ tariflərini strateji səhv adlandırdı
23-07-2026, 13:25
Zaxarova Lavrov-Rubio görüşünün ABŞ təşəbbüsü olduğunu təsdiqlədi
22-07-2026, 13:33
IFFHS Messini Dünya Kubokunun "İlin oyunçusu" seçdi
22-07-2026, 08:26
Merts Rusiya və Almaniya nümayəndələri arasında Bakıda keçirilən görüşdən xəbərsiz olduğunu etiraf etdi
21-07-2026, 20:41
Tramp İranın "yeni nüvə obyekti"ni vurmaqla hədələyir
21-07-2026, 19:08
Umerov Ukraynanın ABŞ-dakı səfiri vəzifəsinə namizəd hesab olunur
14-07-2026, 23:28
Kreml Merzin Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə cavab verdi
14-07-2026, 18:26
Bricit Makron Parisdə görüşəndə Zelenskini öpdü
14-07-2026, 18:08
Lavrov ABŞ-ın İrana zərbələri barədə sərt danışdı
12-07-2026, 20:17
Stefanişina Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən istefa verdi
8-07-2026, 20:51
Türkiyə Ukraynada ABŞ-ın sülh təşəbbüslərini dəstəklədiyini bildirib
8-07-2026, 20:45
Tramp Kiyevin neft emalı zavodlarına endirdiyi zərbələri münaqişənin sona çatmasına kömək edəcək eskalasiya adlandırdı
7-07-2026, 21:39
Tramp: "Ukraynadakı münaqişənin yaxın gələcəkdə həlli mümkündür"
7-07-2026, 21:25
"Polymarket", Ronaldonun Dünya Kubokunda göz yaşlarına qoyulan mərcləri qəbul etmədi.