22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Paredes “Yuventus”un baş məşqçisi ilə mübahisə edib və "Paris Saint-Germain"-ə qayıdacaq
Tarix: 11-04-2023 13:07 | Bölmə: Manşet


Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes "Paris Saint-Germain"-ə qayıdacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,"Yuventus" dünya çempionunun icarə müddətini uzatmayacaq.
“Zenit”dəki çıxışı ilə tanınan Leandro Paredes “Yuventus”da qalmayacaq. Argentinalının Turin klubunun baş məşqçisi Massimiliano Alleqri ilə münaqişəsi var.
"Yuventus"un icarəyə götürdüyü Leandro Paredes oyun praktikasının olmamasından narazıdır. Argentinalı baş məşqçi Massimiliano Alleqriyə iddialar irəli sürüb və bunu kobud şəkildə edib. Komanda yoldaşları hətta yarımmüdafiəçini sakitləşdirməli olublar. Nəticədə Paredes əsas komanda ilə işləməkdən uzaqlaşdırılıb.
“Yuventus”un 28 yaşlı dünya çempionunun icarə müddətini uzatmayacağı məlum olub. Yayda Leandro "Zenit"dən keçdikdən sonra 2019-cu ildən formasını geyindiyi "Paris Saint-Germain"-ə qayıdacaq. Paredes 2017-2019-cu illərdə "Zenit"də çıxış edib.



Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər