22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Səudiyyə Ərəbistanı neft sektorunu ələ keçirmək istədiyini bildirir
Tarix: 08-04-2023 23:53 | Bölmə: Manşet


OPEC+ razılaşması 2020-ci ildə iflasa uğradıqdan sonra Səudiyyə vəliəhdi Məhəmməd bin Salman Əl Səud “neft sektorunun ustası” olmaq istəyirdi. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl Səudun bəyanatına istinadən "Bloomberg" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, 2020-ci ilin martında dövlət koronavirus pandemiyasına cavab olaraq yanacaq istehsalını azaltmağı, Moskva isə əksinə, bu qərarı təxirə salmağı təklif edib.
Nazir özü vurğulayıb ki, vəliəhd şahzadəyə neft ixracatçıları birliyinin kvotalarla bağlı razılığa gələ bilməyəcəyini dedikdən sonra vəliəhd “maksimum istehsal gücünə” çatmağı əmr edib.
Abdel Əziz etiraf etdi ki, o anda panikaya düşdü, lakin bu qərar aprelin əvvəlində neft hasilatını sutkada 1 milyon bareldən çox azaltmaq barədə razılığa gəlməyə imkan verdi.



Baxış sayı: 165


Bölməyə aid digər xəbərlər