Bütün xəbərlər
Məmməd Musayev: Təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılmasına ehtiyac var
Tarix: 23-01-2019 11:11 | Bölmə: Manşet

)






Bu gün Azərbaycanda gənclər arasında sahibkarların sayının artmasında maraqlıyıq.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bu gün ölkəmizdə sahibkarlar üçün əlverişli şərait yaradılıb: "Sadəcə, daha çox təşəbbüslə çıxış etməyə, cəsarətə, əzmkarlığa ehtiyac var".
M.Musayev əlavə edib ki, Azərbaycanda gənclərin məşğulluğu ümumi məşğulluğun ən əsas tərkib hissələrindən biridir:
"Keyfiyyətli orta, peşə və ali təhsil olmazsa, gənclər üçün layiqli iş yerlərindən danışa bilmərik. Təhsil proqramlarının təkmilləşdirilməsinə, onların əmək bazarının tələblərinə uyğunlaşdırılmasına ehtiyac var".




Baxış sayı: 365


Bölməyə aid digər xəbərlər