Bütün xəbərlər
Zimbabve Prezidenti: Azərbaycanda şahidi olduğumuz inkişaf və infrastruktur səviyyəsi bizə çox güclü təsir bağışlayıb
Tarix: 19-01-2019 15:28 | Bölmə: Manşet



Azərbaycanda şahidi olduğumuz inkişaf və infrastruktur səviyyəsi bizə çox güclü təsir bağışlayıb.
Trend-in məlumatına görə, bunu ölkəmizə işgüzar səfərə gələn Zimbabve Prezidenti Emmerson Mnanqaqva Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə deyib.
E.Mnanqaqva qeyd edib: “Çox sağ olun Zati-aliləri. Buraya gəldiyimizdən bəri bizim çox səmimi qarşılandığımız üçün Sizə nümayəndə heyəti adından təşəkkürümü bildirmək istəyirəm. Sizin çox gözəl ölkəniz var. Biz ilk dəfədir ki, sizin ölkənizə səfər edirik. Azərbaycanda artıq şahidi olduğumuz inkişaf və infrastruktur səviyyəsi bizə çox güclü təsir bağışlayıb.
Bizim arzumuz iki ölkə arasında qarşılıqlı siyasi münasibətlərin qurulmasından ibarətdir. Lakin xüsusilə biz iki ölkə arasında iqtisadi əməkdaşlığı təşviq etmək, həmçinin əməkdaşlıq aparılacaq digər sahələri və ölkələrimiz arasında ticarətin aparılacağı sahələri tədqiq etmək istəyirik”.



Baxış sayı: 316


Bölməyə aid digər xəbərlər