22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"İdman simvolu"-BOK rəhbəri Bax Pelenin ölümü ilə bağlı danışır
Tarix: 30-12-2022 10:19 | Bölmə: Manşet


Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Pelenin ailəsinə və yaxınlarına başsağlığı verib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,BOK rəhbəri bildirib ki, əfsanəvi braziliyalı futbolçunun ölümü ilə dünya idman ikonasını itirib.
"O, olimpiya dəyərlərinin səmimi tərəfdarı idi... Ona Olimpiya ordenini təqdim etmək mənim üçün şərəf idi. Pelenin gedişi ilə dünya idmanı böyük simvolunu itirdi", - BOK-un mətbuat xidməti Baxdan sitat gətirir.
Xatırladaq ki, dünyada yeganə üçqat futbol çempionu uzun sürən xəstəlikdən sonra dekabrın 29-da 83 yaşında vəfat edib.
Peleyə əvvəllər bağırsaq xərçəngi diaqnozu qoyulmuşdu. Kimyaterapiya istənilən effekti vermədi.
FİFA Futbol Komissiyasının məlumatına görə, braziliyalı hücumçu 20-ci əsrin ən yaxşı futbolçusu kimi tanınıb. Beynəlxalq Olimpiya Komitəsi Peleni ötən əsrin ən yaxşı idmançısı kimi tanıyıb.
Braziliya millisində hücumçu 1957-1971-ci illərdə çıxış edib. O, millinin heyətində 92 oyun keçirib, 77 qol vurub. Pele üç dəfə (1958, 1962 və 1970) dünya çempionu olub. Bu rekord hələ heç kim tərəfindən qırılmayıb.



Baxış sayı: 200


Bölməyə aid digər xəbərlər