22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Kreml Paşinyanın sözlərinə münasibət bildirib
Tarix: 29-12-2022 14:46 | Bölmə: Manşet


Moskva Laçın dəhlizi ətrafında vəziyyətin gərginləşməsindən narahatdır və İrəvan və Bakı ilə təmaslarda onun həlli istiqamətində fəaliyyətini davam etdirmək niyyətindədir.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bunu jurnalistlərlə söhbəti zamanı Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya Federasiyası ilk növbədə üçtərəfli əsasda əldə edilmiş razılaşmaları yerinə yetirərək vasitəçilik səylərini davam etdirir və davam etdirmək niyyətindədir”.
Bundan əlavə, mətbuat katibi bildirib ki, Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirdiyi görüşdə Ermənistanın baş naziri Nikol Paşinyanla Qarabağdakı vəziyyəti ətraflı müzakirə edib.
Kreml nümayəndəsi bir müddət əvvəl Rusiyanı öz sülhməramlı kontingentinin köməyi ilə Dağlıq Qarabağda təhlükəsizliyi və sabitliyi təmin edə bilməsə, BMT Təhlükəsizlik Şurasını çağıraraq, məsələni müzakirə etməyə çağıran Ermənistan baş nazirinin sözlərinə də münasibət bildirib. Rusiya sülhməramlılarına Təhlükəsizlik Şurasının mandatının verilməsi və ya əlavə çoxmillətli kontingentin regiona göndərilməsi. Peskovun sözlərinə görə, bunun üçün münaqişə tərəflərinin hər ikisinin razılığı lazımdır.
Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, İrəvan maraqlı olarsa, KTMT ölkələri Ermənistana monitorinq missiyası göndərməyə hazır olacaqlar.



Baxış sayı: 234


Bölməyə aid digər xəbərlər