22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Putin və Si bağlı qapılar arxasında danışıqlar aparacaq
Tarix: 29-12-2022 14:30 | Bölmə: Manşet



Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin dekabrın 30-da qapalı videobağlantı vasitəsilə əlaqə saxlayacaqlar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskovun dediyi kimi, iki liderin təbrik sözləri ictimaiyyətə açıqlanacaq.
"Söhbət sabah günün birinci yarısında Moskvada baş tutacaq", - Kreml sözçüsü əlavə edib.
Putin və Si-nin ikitərəfli münasibətləri və regional məsələləri, o cümlədən iki ölkənin sərhədləri yaxınlığındakı məsələləri müzakirə etməsi planlaşdırılır.
"Bilirsiniz ki, ticarətin həcmində sürətli artım baş verir. Amma təbii ki, ən kəskin regional problemlər üzrə fikir mübadiləsi çox vacib olacaq", - Peskov izah edib.
O əlavə edib ki, qarşılıqlı maraq doğuran mövzular dövlət başçıları tərəfindən əsl strateji tərəfdaşlıq ruhunda müzakirə olunacaq.
Peskovun sözlərinə görə, cümə axşamı Rusiya prezidenti videobağlantı vasitəsilə Rusiya Hərbi Dəniz Qüvvələrinə qoşulacaq gəmilərdə donanma bayrağının qaldırılması mərasimində iştirak edəcək. “İmperator III Aleksandr” atom sualtı qayığının suya buraxılması zamanı ayrıca mərasimin keçirilməsi planlaşdırılır.
Mərasimdə Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun, Sakit Okean Donanmasının komandanı Sergey Avakyantsın məruzəsi və digər məruzələr gözlənilir.



Baxış sayı: 211


Bölməyə aid digər xəbərlər