22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
FİFA buna qarşı deyil: Rusiya Asiya vasitəsilə 2026-cı il dünya çempionatına vəsiqə qazana biləcək
Tarix: 26-12-2022 21:08 | Bölmə: Manşet


Beynəlxalq Futbol Federasiyası ruslar Asiya Konfederasiyasına keçdikdə Rusiya komandasının 2026-cı il dünya çempionatının seçmə mərhələsində iştirakına mane olmaq niyyətində deyil.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,FİFA-dakı mənbəyini açıqlamayan "matçtv.ru" saytının məlumatına görə, bu arqument Rusiya Futbol İttifaqının qurumun UEFA-dan AFC-yə keçməsi ilə bağlı qərarına təsir edəcək.
Daha əvvəl RFU-nun rəhbəri Aleksandr Dyukov bu məsələ ilə bağlı yekun qərarın dekabrın 27-də veriləcəyini bildirmişdi.
Xatırladaq ki, Ukraynada baş verən hadisələrlə əlaqədar Beynəlxalq Futbol Federasiyası və Avropa Futbol Assosiasiyaları İttifaqı Rusiya klub və komandalarının beynəlxalq turnirlərdə iştirakına icazə vermir.



Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər