16:53 / 26-11-2026
3 yaşlı qıza hücum edən itin sahibi saxlanılıb
16:50 / 26-11-2026
Sərnişin avtobusu aşdı; xəsarət alan olmayıb
16:47 / 26-11-2026
Makron AB sammitində Sançezi əvəz edəcək və İspaniyanı təmsil edəcək
16:43 / 26-11-2026
FİFA kiberhücumların hədəfinə çevrilib
16:38 / 26-11-2026
Media: Ukrayna Silahlı Qüvvələrinin təyyarəsi Lvovdakı qapalı aerodromdan Varşavaya gəlib
16:26 / 26-11-2026
Sərxoş qadın başqasının avtomobilini oğurlayıb zədələyib
16:22 / 26-11-2026
Varşavada prezident sarayının yaxınlığındakı meydanda bir ukraynalı intihara cəhd etdi
16:12 / 26-11-2026
ABŞ Ukraynaya 621,9 milyon dollar dəyərində "F-16" texniki xidmətinin satışını təsdiqləyib
16:02 / 26-11-2026
Azarkeş Çempionlar Liqası matçında vəfat etdi
13:55 / 26-11-2026
CD və DVD texnologiyasının qabaqcılı olan fizik Ceyms T.Rassel vəfat etdi
13:52 / 26-11-2026
Saxta kommunal xidmət işçiləri dəstəsi saxlanılıb
13:47 / 26-11-2026
Paşinyan konstitusiya qəbul etmək üçün erkən parlament seçkilərini istisna etməyib
13:44 / 26-11-2026
Narkotik işi üzrə saxlanılan "Möhtəşəm əsr" aktrisaları azadlığa buraxıldı
13:39 / 26-11-2026
Paşinyan: "Ermənistanın Rusiyaya zərər vermək istəyi yoxdur və istəməyəcək"
23:11 / 25-11-2026
Afrikadan olan tələbə avtomobilində 10 kq marixuana ilə saxlanılıb
23:08 / 25-11-2026
Gürcüstan hakimiyyəti Rusiyanın Abxaziya və Cənubi Osetiyaya qarşı siyasətini təhlükə hesab edir
20:04 / 25-11-2026
ABŞ İsrailin plutonium və nüvə arsenalı haqqında məlumatları açıqlayıb
20:01 / 25-11-2026
Uşakov Rusiyanın Zelenski ilə danışıqlar aparmadığını bildirdi
19:58 / 25-11-2026
Artamonov: "Ukraynada 800 nəfərlik Fransa xüsusi təyinatlı qüvvələri alayı fəaliyyət göstərir"
19:54 / 25-11-2026
Soçidə ilk istixana banan məhsulu yığılıb
19:51 / 25-11-2026
Gecə barının yaxınlığında baş verən münaqişədən sonra əsgər reanimasiyaya yerləşdirilib
19:18 / 25-11-2026
Britaniya dron təhlükəsi səbəbindən hərbi təyyarələri anqarlara köçürür
19:13 / 25-11-2026
Dron hücumunda hamilə qadın yaralanıb və uşağı ölüb
19:10 / 25-11-2026
Sərxoş bir kişi narkomaniya mərkəzinin pəncərəsindən qaçıb
19:07 / 25-11-2026
Polis bir qadının vəhşicəsinə döyülməsinin səbəblərini araşdırır
19:05 / 25-11-2026
Tikinti şirkətinin sahibi bıçaqlanıb
18:59 / 25-11-2026
İslam Rzayevin bu əmlakları üzərinə - Həbs qoyuldu
18:54 / 25-11-2026
Elmira Şabanova vəfat etdi
15:57 / 25-11-2026
Bruney sultanı: "Putinin gələcək səfəri baş verərsə, bizim üçün vacibdir"
15:51 / 25-11-2026
Latviya Estoniyanın Rusiya ilə sərhədini bağlamasını səhv adlandırır
15:47 / 25-11-2026
Sərbəst güləş üzrə əməkdar məşqçi 96 yaşında vəfat edib
15:39 / 25-11-2026
Televiziya aparıcısı Lazareva Lissabona uçuş zamanı qarət edilib
15:34 / 25-11-2026
Sərnişin daşıyan tramvaya atəş açmaqda ittiham olunan şəxs həbs edilib
15:29 / 25-11-2026
Analitik Malinen: "Ruttenin danışdığı müharibə artıq dayandırıla bilməz"
12:14 / 25-11-2026
Zaxarova Avropa Komissiyasını Rusiyaya qarşı sanksiyalardan dəyən ziyanı hesablamağa çağırdı
12:08 / 25-11-2026
Bir evin dağıntılarını təmizləyərkən cəsəd tapılıb
12:05 / 25-11-2026
Hörmüz boğazında minalara dəydikdən sonra iki tanker alovlanıb
Qanunsuz hərəkətlərə yol verən 3 vergi müfəttişi həbs edildi
Tarix: 18-01-2019 14:14 | Bölmə: Manşet
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığın, dürüstlüyün təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması ilə bağlı göstərişlərinə uyğun olaraq, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində, Vergilər Nazirli ilə Baş Prokurorluq tərəfindən birgə tədbirlərin görülməsi davam etdirilir.
Vergilər Nazirliyi ilə Baş Prokurorluğun mətbuat xidmətlərindən Trend-ə daxil olan birgə məlumatda qeyd olunur ki, Vergilər Nazirliyinə daxil olmuş məlumat əsasında aparılmış ilkin araşdırma nəticəsində nazirlik yanında Bakı şəhəri Kiçik sahibkarlıqla iş departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin dövlət vergi müfəttişləri Qaybalıyev Elçin Musa oğlu və Lətifov Ziyad Arif oğlunun xidməti vəzifələrinin icrası zamanı hüquqazidd əməllərə yol verildiyi aşkar edilib. Araşdırmalar zamanı müəyyən olunub ki, həmin vergi əməkdaşları Bakı şəhəri ərazisində yerləşən “24 saat” adlı marketdə həyata keçirdikləri operativ vergi yoxlaması zamanı aşkar etdikləri aksiz markası olmayan müxtəlif növ xarici ölkə istehsallı siqaretlərin sayının sənədləşdirilməsi zamanı (cəmi 3 min manat dəyərində) onların dəyərinin bilərəkdən azaldılması və marketin satıcısı Hüseynəli Kərimlinin cinayət məsuliyyətinə deyil, inzibati məsuliyyətə cəlb olunmasına görə ondan 1.000 manat məbləğində pulu rüşvət qismində alaraq öz aralarında bölüşdürüblər. Bu zaman satıcıdan həmin aksizsiz siqaretlərin satış dəyərinin 284 manat olması məzmununda izahat alaraq sənədlərə imza etdirib, rüşvət qismində aldıqları pula görə sənədləşmənin qanuniliyi görüntüsünü yaratmaq üçün keçirilmilş vergi yoxlaması ilə bağlı inzibati xəta haqqında protokola və yoxlamanın nəticəsini özündə əks etdirən digər rəsmi sənədlərə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığına yol veriblər. Növbəti gün müsadirə etdikləri məhsulların aşkar olunmamış kimi razılaşdıqları hissəsini Hüseynəli Kərimliyə qaytarıblar. Araşdırmalarla müəyyən edilmiş hallar barədə toplanmış materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib və faktla bağlı Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.
Bundan əlavə, daxil olmuş məlumat əsasında Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin müfəttişi vəzifəsində işləmiş Məmmədov Ağa Arif oğlunun qanunsuz əməlləri ifşa edilib.
Belə ki, A.Məmmədov əvvəlcədən tanıdığı Elvin Manafov adlı şəxsə yaxın iş adamları - “Shift Almaty” Advertising Agnecy” LLP Qazaxıstan şirkətinə və həmin şirkətin hazırda “Carlsberg Azerbaijan” adlanan “Baltika Bakı” şirkəti üçün gördüyü reklam işləri ilə bağlı həyata keçirilmiş ödəniş üzrə tutulmuş ikiqat verginin müəyyən hissəsinin geri qaytarılması, habelə “Zanobia” şirkəti üzrə kameral vergi yoxlaması üzrə hesablanmış 5.700 manat məbləğində vergi borcunun silinməsi məsələsini həll etmək imkanına malik olduğunu həmin şirkətlərin rəhbərlərinə yalandan vəd edib. Bu zaman qeyd edilən məsələni özünün yaxın münasibətdə olduğu Vergilər Nazirliyinin səlahiyyətli vəzifəli şəxsinə hər bir şirkət üzrə ümumilikdə 2.700 manat məbləğində pul verilməsi müqabilində həll edəcəyini bildirib. A.Məmmədovun qeyd edilən məbləğdə pulu Elvin Manafovdan almasına dair əsaslı şübhələr müəyyən edildiyindən, toplanmış materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib və faktla bağlı Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.
Hər iki cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında E.Qaybalıyev və Z.Lətifova Cinayət Məcəlləsinin 311.3.1 və 313-cü (vəzifə saxtakarlığı), A.Məmmədova isə həmin Məcəllənin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işləri üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Vergi sahəsində yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı bundan sonra da Vergilər Nazirliyi ilə Baş Prokurorluq tərəfindən birgə ciddi tədbirlərin görülməsi davam etdiriləcəkdir.
Baxış sayı: 381
Bölməyə aid digər xəbərlər

23-11-2026, 20:08
Rusiya Xarici İşlər Nazirliyi: Estoniya gizli şəkildə Ukrayna dronlarının Rusiyaya qarşı hücumlar etməsinə icazə verir
23-11-2026, 19:15
Le Pen: "Ukraynanın gələcəyi AB-yə qoşulmağı əhatə etmir"
23-11-2026, 19:04
Vuçiç ölüm təhdidləri aldığını açıqladı
23-11-2026, 15:45
"Gendai Business":Yaponiya Baş naziri içkili olduğuna görə G7 Zirvə Toplantısını buraxa bilər
22-11-2026, 20:21
Kanada Baş naziri ictimai şam yeməyinə Trampa bənzəyən bir şəxs gətirdi
22-11-2026, 20:16
Zaxarova: Qətlə yetirilmiş rusiyalı jurnalistlər UNESCO-nun hesabatına ulduz işarəsi kimi daxil ediliblər.
22-11-2026, 19:26
Messi topu rəqibinə atdığına görə sarı vərəqə aldı
19-11-2026, 17:45
Putin: "Tramp Ukraynadakı münaqişəni səmimi qəlbdən həll etməyə çalışır"
19-11-2026, 08:56
Tramp bildirib ki, ABŞ Asiya-Sakit Okean regionunda sülhü təşviq etmək niyyətindədir
18-11-2026, 16:09
Peskov Avropanın Ukraynadakı münaqişənin həllinə kömək etmək qabiliyyətinə şübhə ilə yanaşıb
18-11-2026, 15:51
Uşakov qeyd edib ki, Putin və Tramp Şençjendə keçiriləcək görüşdə Ukraynanı müzakirə edəcəklər
18-11-2026, 11:06
Dövlət Duması İnterpolu Kallasın ofisinə qandallarla gəlməyə çağırdı
17-11-2026, 19:11
Lavrov və Laos xarici işlər naziri görüşdə zarafatlaşdılar
17-11-2026, 14:42
Peskov Kiyevdəki terror hücumlarının Putin, Tramp və Si Cinpin arasında keçirilən görüşlə əlaqəli olduğunu istisna etməyib
12-11-2026, 18:36
Vitkoff Ukrayna ilə bağlı üçtərəfli danışıqlarda Avropa siyasətçilərinin rolundan danışdı
12-11-2026, 18:29
Vitkoff bildirib ki, Əbu-Dabidə əlaqələr müsbət atmosferdə keçib
12-11-2026, 18:15
Kuşner: "ABŞ Avropanın danışıqlara getmək istəyini görür"
12-11-2026, 18:02
Vitkoff Əbu-Dabidəki işinə görə Medinskiyə təşəkkür etdi
11-11-2026, 21:32
Peskov: "Putinin G20 sammitində iştirakı ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib"
11-11-2026, 20:03
Peskov Ukraynanın Zelenskisiz müzakirə olunacağı iddialarını təkzib etdi
11-11-2026, 19:35
General Zorin: "Rusiya və Ukrayna arasında əsir mübadiləsi növbəti 2-3 həftə ərzində baş tuta bilər"
10-11-2026, 20:52
Zelenski Əbu-Dabidəki danışıqları şərh etdi
9-11-2026, 18:25
Lavrov: "Əbu-Dabidəki danışıqlar münaqişənin həlli üçün prinsiplərin razılaşdırılmasına həsr olunub"
5-11-2026, 21:38
Rubio 2028-ci ildə Respublikaçıların namizədliyi uğrunda mübarizə aparmaq üçün Dövlət Departamentini tərk edə bilər
5-11-2026, 18:18
Britaniya Baş naziri Putini 2027-ci ildə keçiriləcək G20 sammitinə dəvət etməklə bağlı şərh verib
4-11-2026, 21:23
Rusiya, ABŞ və Çin liderləri arasında mümkün danışıqların gündəliyi dəqiqləşdirilir
4-11-2026, 21:15
Tusk Navrotski ilə konstitusiya böhranını üzbəüz müzakirə edəcək
4-11-2026, 21:01
Putin Rusiyanın heç vaxt heç kimi təhdid etmədiyini və əməkdaşlıq axtardığını bildirdi
3-11-2026, 15:39
Lavrov ABŞ-ın İrana nüvə zərbəsi endirməsi ehtimalını şərh etdi
3-11-2026, 14:15
Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya Avropada silahlanma yarışına qarışmaq niyyətində deyil
3-11-2026, 14:12
Medinski Əbu-Dabidə keçiriləcək Ukrayna danışıqlarında Rusiya nümayəndə heyətinə rəhbərlik edəcək
1-11-2026, 17:51
Zaxarova Kallasın Putinin G20 sammitində iştirakı ilə bağlı dediklərinə cavab verdi
1-11-2026, 11:01
Peskov: "Rusiya İran və ABŞ arasındakı münaqişənin həllində vasitəçilik etməyə hazırdır"
28-10-2026, 20:23
Zelenski ABŞ-a dizel yanacağı daşıyan Rusiya gəmilərinə hücum etməyəcəyinə söz verdi
28-10-2026, 16:09
Zelenski Ukraynanın ayda nə qədər "Patriot" raketi aldığını açıqladı
27-10-2026, 23:32
Putin İran Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
27-10-2026, 09:13
Ombudsman İvanovskaya: "Ukrayna tibb müəssisələri rusdilli xəstələri müalicə etməkdən imtina edir"

.jpg)