22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Fransada dünya çempionatının final oyununun təkrarı üçün imzalar toplanır
Tarix: 23-12-2022 12:48 | Bölmə: Manşet


Fransızlar dünya çempionatının final oyununun hakimliyindən narazıdırlar. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,həlledici matçın təkrar keçirilməsini tələb edən petisiya 200 minə yaxın imza toplayıb.
Azarkeşlər ictimaiyyəti final görüşün nəticəsini ləğv etmək üçün FİFA-ya petisiya yaradıb. Əsas iddia, fransalı futbol azarkeşlərinin fikrincə, görüşün nəticəsinə təsir edən polşalı hakim Şimon Marçiniakın zəif hakimliyidir. "Championship.com" xəbər verir ki, petisiya 196 min imza toplayıb.
Marçiniaka əsas iddia argentinalıların əlavə vaxtda vurduğu üçüncü qoldur. Lionel Messi topu qapıya göndərən zaman meydanda eyni vaxtda 13 Argentina futbolçusu var idi. Lakin hakimlər briqadası bunu hiss etməyib.
Qətərdə keçirilən dünya çempionatının final mərhələsinin əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatıb. Əlavə 30-da isə rəqiblər qol mübadiləsi aparıblar. Penaltilər seriyasında Argentina millisi 4-2 hesabı ilə qalib gələrək üçüncü dəfə dünya çempionu olub. Argentinalılar bundan əvvəl 1978 və 1986-cı illərdə dünya çempionu olublar.



Baxış sayı: 145


Bölməyə aid digər xəbərlər