22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Argentinanın FİFA reytinqində yeni yeri bəlli olub
Tarix: 20-12-2022 10:47 | Bölmə: Manşet


Argentina millisi dünya çempionluğunu qazandıqdan sonra Beynəlxalq Futbol Federasiyasının reytinq cədvəlinin yeni lideri olmayacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,final turnirindəki uğur “albiseleste”yə yalnız bir xətt oynamağa imkan verəcək.
Rəsmi olaraq reytinq cümə axşamı günü yenilənəcək, lakin ESPN artıq onun necə görünəcəyini açıqlayıb. Dünya reytinq cədvəlinin yenilənmiş versiyasında Argentina yığması ikinci yeri tutacaq. Reytinqin lideri dünya çempionatını 1/4 final mərhələsində başa vuran Braziliya yığması olaraq qalacaq.
Amma dünya çempionatının finalçısı, indi isə dünyanın vitse-çempionu - Fransa yığması da reytinqdə yüksələcək və indi dördüncü yer əvəzinə üçüncü yeri tutacaq. Sonrakı yerdə Belçika və İngiltərə komandaları olacaq. Dünya çempionatının bürünc mükafatçısı Xorvatiya yeddinci pilləyə yüksələcək.
Lakin reytinqdə ən yüksək irəliləyiş göstərən komandalar eyni vaxtda 11 pillə yuxarı qalxan Mərakeş və Avstraliya olub. Dəyişikliklər nəticəsində mərakeşlilər 11-ci, avstraliyalılar isə 27-ci yeri tutacaq.
Amma ən böyük enişi də iki komanda göstərib - Kanada və Qətər. Son mundialın nəticələrinə görə, onlar 12 yer itiriblər. Qətər 62-ci yerə düşüb ki, bu da başa çatan turnirin bütün iştirakçıları arasında ən pis nəticədir.



Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər