22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
BMT-nin baş katibi veto hüququnun məhdudlaşdırılmasına inanmır
Tarix: 19-12-2022 20:45 | Bölmə: Manşet


BMT Təhlükəsizlik Şurasında veto hüququnun məhdudlaşdırılması ilə bağlı ciddi müzakirələrin aparılması çətin ki, mümkün olsun.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş belə deyir. Lakin Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının genişləndirilməsi imkanları ciddi şəkildə nəzərdən keçirilir, deyə o əlavə edib.
2022-ci ilin sentyabrında BMT-nin baş katibi qeyd edib ki, o, ilk dəfə təşkilatın Baş Assambleyasının yüksək səviyyəli həftəsində Təhlükəsizlik Şurasının Rusiya və ABŞ-dan daimi üzvlərinin sayının artırılması ilə bağlı müsbət qiymətləndirmələr eşitmişdir.
TASS xəbər verir ki, Antonio Quterreş Fransa və Böyük Britaniyanın veto hüququndan istifadəyə məhdudiyyətlər qoymaq təkliflərinə bədbin yanaşıb.
BMT-nin baş katibi həmçinin bildirib ki, o, yaxın gələcəkdə Moskva ilə Kiyev arasında sülh danışıqları üçün heç bir perspektiv görmür. Onun fikrincə, hərbi qarşıdurma “ciddi sülh danışıqlarının mümkün olacağı an” görünənə qədər davam edəcək. Bununla belə, Quterreş 2023-cü ildə Ukraynada sülhün hələ də əldə ediləcəyinə ümid etdiyini bildirib.



Baxış sayı: 151


Bölməyə aid digər xəbərlər