22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Dieqo indi gülümsəyir"- Pele Argentinanı çempionluğu münasibətilə təbrik edib
Tarix: 19-12-2022 11:42 | Bölmə: Manşet

Əfsanəvi braziliyalı futbolçu Pele Argentina millisinin çempionluğundan danışıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,üçqat dünya çempionu Albiselesti təbrik edərək, Dieqo Maradonanın indi çox xoşbəxt olacağını bildirib.
Argentina komandası üçün son Dünya Kubokunda çempionluq titulu 1986-cı ildən bəri ilk olub. Əvvəlki dəfə komanda daha bir əfsanəvi futbolçu - Dieqo Maradona ilə birlikdə dünya kubokunu qazanmışdı.
"Bu gün futbol, həmişə olduğu kimi, öz füsunkar hekayəsini danışmağa davam edir. Messi layiq olduğu ilk Dünya Kubokunu qazandı. Mənim əziz dostum Kilian Mbappe finalda dörd qol vurdu... Bu tamaşanı izləmək necə də hədiyyə idi”.
"Və mən Mərakeş millisini inanılmaz kampaniyaya görə təbrik etməyə bilmərəm. Afrikanın parladığını görmək xoş oldu! Argentinanı da təbrik edirəm! Əlbəttə, Dieqo Maradona indi gülümsəyir", - Pele şəxsi sosial media hesabında yazıb.
Xatırladaq ki, Maradona 2020-ci ilin noyabrında 60 yaşında dünyasını dəyişib.



Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər