22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Kadırov çin dilində İslam dünyasını birləşməyə çağırıb
Tarix: 18-12-2022 15:26 | Bölmə: Manşet


Çeçenistan rəhbəri Ramzan Kadırov özünün Telegram kanalında İslam dünyasını Qərbə qarşı birləşməyə çağırıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,siyasətçi yazısını Çin dilində dərc edib. O xatırladıb ki, son yüz ildə ABŞ və Avropa bütün dünyada onlarla müharibələr, hərbi çevrilişlər və işğallar təşkil edib. Kadırov bildirib ki, milyonlarla mülki şəxs bu qərarların qurbanı olub.
Bütün İslam dünyasını, bütün sağlam düşüncəli insanları ümumi düşmənimizə qarşı birləşməyə çağırırıq! Onların pulu, silahı bizim birliyimiz, iradəmiz və Yaradanımıza inamımız qarşısında heç nədir! Şimali Atlantika alyansı bütün dünyanın varlığını təhdid edir”, - deyə Ramzan Kadırov bildirib.
O qeyd edib ki, Rusiya “bu şərlə mübarizə aparıb və inamla qələbəyə doğru gedir”. Çeçenistan rəhbəri belə qənaətə gəlib ki, mesajının ünvanlandığı şəxslər NATO-nun şərtləri diktə etməsinə imkan verməməlidirlər. Əks halda onların vətənləri dağıla bilər, deyə rayon rəhbəri əlavə edib.
Kadırov daha əvvəl yazmışdı ki, İslam Rusiyanın ayrılmaz hissəsidir. O, 15 milyona yaxın müsəlmanın digər dini konfessiyalarla birgə yaşadığı ölkədə unikal vəziyyəti qeyd edib. Çeçenistan liderinin bəyanatı Volqaboyu Bolqarıstanın İslamın qəbul edilməsinin 1100 illiyinə təsadüf edib. Kadırov onu da qeyd edib ki, Rusiya əsl hüquqi dövlət nümunəsidir.
O əlavə edib ki, Rusiya prezidenti Vladimir Putinin siyasəti sayəsində hər bir müsəlmanın hüquqları “bütün səviyyələrdə ciddi şəkildə qorunur və müdafiə olunur”.



Baxış sayı: 177


Bölməyə aid digər xəbərlər