22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Mərakeş yığmasının baş məşqçisi Reqraqi Afrika çempionatı vəd edir
Tarix: 18-12-2022 12:51 | Bölmə: Manşet


Futbolçuları Qətərdə 4-cü yeri tutaraq tarixdə ilk dəfə Dünya Çempionatının yarımfinalına yüksələn Mərakeşli futbol məşqçisi Valid Reqraqi Afrikadan olan komandanın tezliklə bütün planeti əhatə edən turnirin qalibi olacağına söz verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,"tezliklə dünya çempionatında Afrikadan 9 iştirakçı olacaq və biz öyrənəcəyik, 15-20 ildən sonra mən əminəm ki, Afrika komandası dünya çempionatını qazanacaq"- Reqradi deyib.
Mərakeş yığmasının çalışdırıcısının sözlərinə görə, "müəyyən mərhələ keçməlidir": "Biz əldə etdiklərimizə əsaslanmaq, çox çalışmaq lazımdır. Biz təkcə Mərakeş üçün deyil, bütün qitə üçün DNT yaradırıq".
"Soyunub-geyinmə otağında futbolçulara dedim ki, tarix yazmaq istəyiriksə, Afrika Kubokunu qazanmalıyıq. Qitədə dominantlıq etmək istəyirik. Qətərdə qısa müddət ərzində böyük təcrübə qazandıq. Nəticəmiz gözlədiyimizdən daha yüksəkdir, lakin bu, kifayət deyil.Bu, gələcək iştirakçılar üçün örnək olmalıdır”, - Reqragi bildirib.
"Bizim böyük gələcəyimiz var, irəliləməyə davam edəcəyik. Və təbii ki, nə vaxtsa Dünya Kubokunu qazanmaq məqsədimiz var. Biz artıq göstərmişik ki, ən yaxşı komandalarla bərabər mübarizə aparmağa qadirik. belə matçların nəticəsi xırda detallardan asılıdır”, - deyə, "Atlas Lions"-un mentoru yekunlaşdırıb.



Baxış sayı: 142


Bölməyə aid digər xəbərlər