22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Modriç azarkeşlər tərəfindən "Bürünc matçın adamı" seçilib
Tarix: 17-12-2022 23:43 | Bölmə: Manşet


Xorvatiyanın kapitanı Luka Modriç azarkeşlərin fikrincə, Qətərdə keçirilən dünya çempionatında Mərakeş yığması ilə üçüncü yer uğrunda matçın adamı olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,bu barədə Beynəlxalq Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
“Damaçılar” “Atlas Lions”a 2:1 hesabı ilə qalib gələrək dünya çempionatının bürünc medallarına sahib olublar. Dörd il əvvəl Rusiyada xorvatlar gümüş aldılar.
Modriç DÇ-2022-də millinin bütün görüşlərində iştirak edib. Qətərdəki turnirdən əvvəl 37 yaşlı yarımmüdafiəçi dünya çempionatının sonunda millidəki karyerasını başa vuracağını açıqlamışdı.



Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər