22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Skaloni: "Dünya çempionatının finalı Messinin milli komandadakı son oyunudur"
Tarix: 17-12-2022 18:43 | Bölmə: Manşet


Argentina yığmasının baş məşqçisi Lionel Skaloni bildirib ki, futbol üzrə dünya çempionatının final matçı hücumçu Lionel Messi üçün milli komandada sonuncu olacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,"Sport24.ru" Scaloni-dən sitat gətirir: "Bu, Leo Messinin milli komandası üçün son matç olacaq. Ona görə də hamımız həqiqətən ümid edirik ki, o, dünya çempionatını başı üzərində qaldıra biləcək. Amma əsas odur ki, bütün azarkeşlər, onun oyunundan və ümumilikdə futboldan həzz alın”.
Argentina və Fransa yığmaları arasında dünya çempionatının final oyunu bazar günü, dekabrın 18-nə təyin edilib.
Xatırladaq ki, Messi Argentina millisinin heyətində 171 oyunda iştirak edib, 96 qol vurub və 55 məhsuldar ötürmə verib.



Baxış sayı: 148


Bölməyə aid digər xəbərlər