22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Mərakeşli futbolçu bütün pul mükafatlarını yoxsullara verir
Tarix: 16-12-2022 12:11 | Bölmə: Manşet


Mərakeş millisinin yarımmüdafiəçisi Hakim Ziyeç dünya çempionatında iştiraka görə pul mükafatını xərcləyib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, futbolçu bütün vəsaiti xeyriyyəçiliyə köçürüb.
Mərakeş millisi dünya çempionatının yarımfinalına yüksəlib. Hər bir oyunçu 325 min dollar pul mükafatı alıb.
Mərakeşlilərin liderlərindən olan Hakim Ziyeç bütün vəsaiti Mərakeşdəki yoxsullara kömək etmək üçün fonda verib. Futbolçu özünə bir qəpik də qoymayıb.
"Çelsi"nin 29 yaşlı yarımmüdafiəçisi qərarını tarixi vətəninin ən yoxsul sakinlərinə kömək etmək istəyi ilə izah edib. Hakim özü Hollandiyada mərakeşli valideynlər üçün doğulub böyüyüb.
Qətərdə keçirilən dünya çempionatında Hakim Ziyeç Mərakeş millisinin heyətində keçirdiyi altı oyunun hamısında iştirak edib. Yarımmüdafiəçi bir qol vurub.



Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər