22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Media: Aİ Rusiya gübrə istehsalçılarına qarşı sanksiyaları yumşaldır
Tarix: 16-12-2022 11:37 | Bölmə: Manşet


Aİ rusiyalı sahibkarlar Andrey Melniçenko və onun həyat yoldaşı Aleksandra, Andrey Quryev, Vyaçeslav Kantor, Dmitri Mazepin və Vadim Moşkoviçə qarşı sanksiyaları yumşaldacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,"EUobserver"in məlumatına görə, bu sahibkarların şirkətləri gübrə və kimyəvi məhsulların istehsalı ilə məşğuldur.
Bu şəxslərə xarici aktivlərin dondurulması və viza qadağaları daxil olmaqla Aİ məhdudiyyətləri tətbiq edilir.
“Cümə axşamı əldə edilmiş razılaşmaya əsasən, Aİ-nin ayrı-ayrı ölkələri xüsusilə Afrikaya ərzaq və gübrə tədarükünün maliyyələşdirilməsinə ciddi ehtiyac yaranarsa, (göstərilən sahibkarların – red. qeyd) pullarını dondura biləcəklər”, - nəşr yazır.



Baxış sayı: 146


Bölməyə aid digər xəbərlər