22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
İngilislər Serbiyanı çevrilişə hazırlayır
Tarix: 16-12-2022 11:07 | Bölmə: Manşet


Qərb üçün Ukrayna kifayət etmir, rusofobiya güclənəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədrinin birinci müavini Andrey Luqovoy deyir ki, biz Balkanlarda baş verən hadisələrə diqqətli olmalıyıq.
"Bu, sadəcə olaraq albanlarla serblər arasında qarşıdurma deyil. Bu, ingilislərin Serbiya hökumətini dəyişmək üçün gözlənilən təxribatıdır", - o, "Vladimir Solovyovla axşam" proqramının efirində deyib.
Onun sözlərinə görə, 2017-ci ildə Böyük Britaniya Qərbi Balkanlarla əlaqələr üzrə milli strategiya qəbul edir, buna hər il 120 milyon avro ayrılır.
"İş istiqamətləri: anqlo-saksonlara qarşı loyal münasibətin formalaşdırılması, "rus dezinformasiyası" ilə mübarizə, gender tolerantlığı, azad medianın yaradılması, sadiq vətəndaşların müəyyən edilməsi üçün elita daxilində iş", - Andrey Luqovoy bildirib.
Nəticələrə gəlincə, onun sözlərinə görə, Serbiyanın aparıcı teleradio şirkətləri son iki ildə anqlosakson ideyalarını təbliğ edən 174-dən çox film və serial nümayiş etdiriblər.
"Bizim anlayışımıza görə, bunlar bədii filmlər deyil. Serbiyanın Aİ-də əldə edəcəyi imkanlardan bəhs edən 15 seriyalı sənədli film xüsusi diqqətə layiqdir. 1200-ə yaxın jurnalist xüsusi media inkubatorlarında təlim keçib".
Luqovoy əlavə edib ki, bu il ABŞ səfirinin rəhbərliyi ilə ilk dəfə gey-parad keçirilib. Yerli təhlükəsizlik qüvvələri isə Vuçiçin qərarına zidd olaraq bu tədbirin keçirilməsinə icazə verib.
"Britaniyalılar Serbiyanı çevrilişə hazırlayırlar. Vuçiçin isə gedəcək yeri yoxdur: nə hərəkət etsə, uduzacaq", - o vurğulayıb.



Baxış sayı: 131


Bölməyə aid digər xəbərlər